İslam dünyasının vəhdət və birliyə ehtiyac duyduğu bir zamanda Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan etməsi uzaqgörənliklə atılan addımdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İran İslam Şurası Məclisinin (parlamentin) xarici siyasət və təhlükəsizlik komitəsinin sədri Əlaəddin Burcerdi deyib.
Komitə sədri bildirib ki, İslam humanizmi və insanpərvərliyi təbliğ edən dindir, onun düzgün təbliğ olunması hər bir müsəlmanın borcudur.
İran-Azərbaycan əlaqələrinin inkişafını yüksək qiymətləndirən komitə sədri Azərbaycan xalqının və dövlətinin əldə etdiyi uğurların sevindirici olduğunu bildirib.
"Avropa Yenidənqurma və İnkişaf Bankının illik toplantısı çərçivəsində AYİB-in Müdirlər Şurasının plenar sessiyasında çıxış etməkdən məmnun olduq".
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Yardımlı rayon Heydər Əliyev Mərkəzində Yardımlı, Masallı, Cəlilabad, Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edib.
Bu ilin yanvar-aprel aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 7,324 milyard kubmetr qaz ötürülüb.