Azərbaycan Prezidenti: İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır

Azərbaycan Prezidenti: İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır
02 2017 11:38

İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində çıxışı zamanı qeyd edib.

Prezident bildirib: "Azərbaycan müsəlman ölkələri və dövlətləri arasında həmrəyliyə xüsusi əhəmiyyət verir. Azərbaycan 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etmişdir. İki aydan sonra Bakı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəkdir. Bu gün islamofobiya dünyada ən ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qəti şəkildə pisləyirik. İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətləridir. Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan İslamın dəyərlərinin təşviqini davam etdirməliyik.

Biz üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə xüsusi əhəmiyyət veririk. Qarşılıqlı ticarət və sərmayələrin artırılması, ixrac imkanlarının genişləndirilməsi və biznes dairələri arasında sıx əməkdaşlığın təşviqi bu məqsədə xidmət edəcəkdir. Beynəlxalq maliyyə institutlarının cəlb olunması da böyük önəm daşıyır. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və İnkişaf Bankının regional əhəmiyyətli layihələrin maliyyələşdirilməsində daha fəal rol oynaması üçün onun bütün ölkələrimiz tərəfindən dəstəklənməsinə ehtiyac var".


23 May 2025
Siyasət

Kişineuda Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub

Moldovanın paytaxtı Kişineuda Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub.

23 May 2025
Siyasət

Azərbaycan Prezidentinə təbrik məktubları gəlməkdə davam edir

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Nurlan Yermekbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

23 May 2025
Siyasət

Fərid Qayıbov Slovakiyanın idman məsələləri üzrə dövlət katibi ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Slovakiya Respublikasının idman məsələləri üzrə dövlət katibi İvana Şuflyarska Libyakova ilə görüşüb.

23 May 2025
Siyasət

Azərbaycan Prezidentinə təbrik məktubları gəlməkdə davam edir

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

23 May 2025
Siyasət

Prezident Vergi Məcəlləsində dəyişikliyi TƏSDİQLƏDİ

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilib.