Azərbaycan Prezidenti: “Minsk qrupu Ermənistana təzyiqi daha da gücləndirməlidir”

Azərbaycan Prezidenti: “Minsk qrupu Ermənistana təzyiqi daha da gücləndirməlidir”
10 2017 15:00

“Bu ilin I rübündə ölkədə iqtisadi inkişafın təmin olunub, sosial məsələlər həllini tapıb, ordu quruculuğu uğurla gedib”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı deyib.

Prezident İlham Əliyev qeyd edib ki, 2017-ci il uğurlu il olacaq.

Dövlət başçısı beynəlxalq vəziyyətin gərgin olduğunu, münaqişələrin davam etdiyini, yeni risklərin yarandığını təəssüflə qeyd edib. O ölkəmizin, təhlükəsizliyimizin təmin etmək məqsədi ilə tədbirlər görüldüyünü deyib.

Bu ilin ilk üç ayı ərzində xarici ölkələrə 7 dəfə səfər etdiyini vurğulayan və beynəlxalq tədbirlərdəki iştirakından danışan Prezident bu səfərlərin böyük əhəmiyyət daşıdığını, Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı baxımından önəmini vurğulayıb. Bu ilin ilk üç ayında Azərbaycana 7 dövlət başçısının səfər etdiyini xatırladan ölkə başçısı bunu dövlətimizə olan hörmətin göstərəcisi kimi qiymətləndirib.

İlham Əliyev qeyd edib ki, bu ilin I rübündə Bakıda keçirilən və 40-dan çox fəaliyyətdə olan sabiq dövlət və hökumət başçılarının iştirak etdiyi V Qlobal Bakı Forumu, ABŞ və Rusiya silahlı qüvvələrinin qərərgah rəislərinin görüşü Azərbaycanın dünyadakı rolunu, dünya miqyasında etibarlı tərəfdaş olduğunu əks etdirir.

Bu ilin birinci rübündə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin diqqət mərkəzində oduğunu, Ermənistanın danışıqları dayandırmağa çalışdığını, amma buna nail ola bilməyəciyini deyən Prezident bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bir neçə dəfə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir: “ATƏT-in Minsk qrupu Ermənistana təzyiqi daha da gücləndirməlidir. BMT Təhlükəsiz Şurasının münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr qeyd şərtsiz icra olunmalı və işğalçı qüvvələr işğal olunan ərazilərdən çıxarılmalıdır. Ermənistanın bütün cəhdlərinə baxmayaraq onların qeyri-konstruktiv, qeyri-səmimi siyasəti qınaq obyektinə çevrilib. Azərbaycan günü-gündən güclənir və bu məsələnin ədalətli həll olunacağına əminəm. Dağlıq Qarabağda keçirilən qondorma referendumu keçirməklə Ermənistan bir daha özünü biabır edib”. 


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.