Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il keçir.
AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəlmişdilər.
Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.
Azərbaycanın dövlət himni səsləndi.
Dövlətimizin başçısı İlham Əliyev və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.
Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycanla Pakistan arasında iqtisadi əməkdaşlıqla bağlı potensialın reallaşdırılması müzakirə edilib.
Akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2025" beynəlxalq turnirində iştirak edən komandaların rəsmi paradı və təqdimatı keçirilib.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-yə səfəri çərçivəsində bu ölkənin "J.P. Morgan Chase" Bankının İdarə Heyətinin sədrinin müavini Daniel Zelikov, eləcə də "Citi Group” şirkətinin Avropa, Yaxın Şərq və Şimali Afrika regionu üzrə ictimai sektorunun rəhbəri və idarəedici direktoru Georgiy Yordanovla görüş keçirib.