Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın dövlət idarəçilik nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın dövlət idarəçilik nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB
05 2017 14:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Estoniya Respublikasının dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Estoniyanın dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyətini vurğuladı. Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının fəaliyyətinə toxunan dövlətimizin başçısı ticari-iqtisadi münasibətlərimizin bundan sonra necə inkişaf etdirilməsi ilə bağlı məsələlərin ətraflı müzakirəsi baxımından komissiyanın bu yaxınlarda keçiriləcək iclasının önəmini qeyd etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət dövriyyəsinin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Dövlətimizin başçısı, həmçinin qarşılıqlı ixrac imkanlarının araşdırılmasının əhəmiyyətini qeyd etdi, bu baxımdan ölkələrimizdə lazımi potensialın mövcud olduğunu bildirdi. Prezident İlham Əliyev investisiya qoyuluşu məsələlərinin də böyük maraq doğurduğunu vurğuladı.

Dövlətimizin başçısı ölkələrimizin informasiya texnologiyaları sahəsində uzun müddət çox uğurlu əməkdaşlıq həyata keçirdiyini və Estoniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərdiklərini məmnunluqla qeyd etdi. Estoniyanın bu sahədə böyük təcrübəyə malik olduğunu deyən Prezident İlham Əliyev Estoniyaya səfəri zamanı həmin nailiyyətlərin şahidi olduğunu bildirdi. Prezident İlham Əliyev səfər zamanı Estoniya nümayəndə heyətinin Şimal-Cənub nəqliyyat dəhlizinin yeni imkanları nəzərə alınmaqla Azərbaycanın bu istiqamətdə gördüyü işlərlə tanış olacaqlarına əminliyini söylədi.

Estoniyanın dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korbun ölkələrimiz arasında iş birliyi sahəsində təcrübənin mövcud olduğunu və bu təcrübənin daha çox xidmət sahəsini əhatə etdiyini vurğuladı. Azərbaycan ilə ticarət dövriyyəsinin o qədər də böyük olmadığını, lakin bu istiqamətdə inkişaf meyillərinin müşahidə edildiyini deyən Estoniyanın dövlət idarəçilik naziri keçən illə müqayisədə ticarət dövriyyəsinin demək olar ki, 2,5 dəfə artığını məmnunluqla vurğuladı.


24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.