Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, 3-cü pillədə qərarlaşan "İnter" "Zirə"nin qonağı olub. Görüşdə hesabı Zaur Svanadzenin komandası açıb: Rauf Əliyev 12-ci dəqiqədə fərqlənib. Lakin "İnter"in sevinci 7 dəqiqə çəkib. Riçard Qadze "Zirə"nin heyətində həm bərabərlik, həm də matçdakı sonuncu qolu vurub.
Beləliklə, xalını 43-ə çatdıran "İnter" ən azı bürünc medalları təmin edib. Çünki mövsümün başa çatmasına 3 tur qalmış "Zirə"ni 11 xal qabaqlayır. Zirə qəsəbəsində qeydə alınan heç-heçə eyni zamanda "İnter"in çempion olmaq üçün nəzəri şansını itirməsini rəsmiləşdirib. Hesabında 53 xalı olan "Qarabağ" artıq "ağ-göylər" üçün əlçatmazdır.
Qeyd edək ki, ilk oyun günündə "Kəpəz" "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib. "Qarabağ"la "Qəbələ" arasındakı görüşdə isə qol vurulmayıb - 0:0. XXV tura saat 17:30-da start götürəcək AZAL - "Sumqayıt" qarşılaşması ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XXV tur
10 aprel (bazar ertəsi)
“Zirə” – “İnter” 1:1
Qollar: Riçard Qadze, 21 - Rauf Əliyev, 13
Hakimlər: Ramil Diniyev, Akif Əmirəli, Azər Əsgərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
Zirə İdman Kompleksinin stadionu
Cüdo üzrə Avropa çempionatında iştirak edəcək idmançılarımızın heyəti tam bilinib.
Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.
İdman gimnastikası üzrə Avropa çempionatında iştirak edəcək idmançılarımızın adları bilinib.