Dekabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Memarlar İttifaqının (AMİ) 80 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, yubiley tədbirində çıxış edən Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə bu yaradıcılıq birliyinin tarixindən danışaraq bildirib ki, 1934-cü ilin martında Azərbaycan memarlarının birinci qurultayını keçirmək üçün təşkilat komitəsi yaradılıb və 1936-cı ildə ittifaqın birinci qurultayı keçirilib. E.Qasımzadə qeyd edib ki, ötən 80 ildə Azərbaycan memarları dünya memarlıq sənətinə 1000-dən çox gözəl əsər bəxş edib.
Tədbirdə vurğulanıb ki, müasir dövrdə respublikada memarlıq və şəhərsalma siyasəti Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.