Azərbaycan İstanbulda keçiriləcək XX Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək

Azərbaycan İstanbulda keçiriləcək XX Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək
01 2017 17:39

Aprelin 4-6-da İstanbulda XX Avrasiya İqtisadi Zirvəsi keçiriləcək.

“Report”un Türkiyə bürosunun verdiyi məlumata görə, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə baş tutacaq toplantıda 42 ölkədən 200-dən çox dövlət rəsmisi, 4 ölkə başçısı, 10 sabiq prezident, nazirlər, millət vəkilləri, siyasətçilər, elm və din adamları iştirak edəcək.

Vəqfin sədri Akkan Suver “Report”a bildirib ki, builki zirvə “İnsanlıq bir yol ayrımında” başlığı altında keçiriləcək və dünya gündəmini zəbt edən əsas məsələlər müzakirə olunacaq: “Azərbaycan yenə də bu iqtisadi zirvənin əsas qonağıdır. Zirvə çərçivəsində enerji məsələlərini, xüsusilə TANAP, TAP və “Şahdəniz-2” layihələri diqqət mərkəzində saxlayacayıq. Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun da geniş məruzəsi olacaq”.

Zirvədə Azərbaycan geniş rəsmi nümayəndə heyəti ilə təmsil olunacaq. Azərbaycanın energetika naziri Natiq Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin sədr müavini Valeh Ələsgərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı toplantıda çıxışlar edəcək, dövlət rəsmiləri və nazirlərlə ikitərəfli görüşlər keçirəcəklər.

Zirvədə Türkiyənin eks-prezidenti Abdullah Gül də iştirak edəcək.


17 Apr 2025
Siyasət

Əmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyin olunub

Prezident İlham Əliyevin Sərəncamları ilə Anar Bayramov və Rəşad Mustafayev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin ediliblər.  

17 Apr 2025
Siyasət

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası aprelin 22-də keçiriləcək. 

17 Apr 2025
Siyasət

Prezident İlham Əliyev Latviya ilə imzalanan sənədi təsdiqlədi

Prezident İlham Əliyev 2025-ci il yanvarın 16-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

17 Apr 2025
Siyasət

Azərbaycan və Latviya arasında vergi ilə bağlı Anlaşma Memorandumu təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Latviyanın Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumunu təsdiq edib. 

17 Apr 2025
Siyasət

Azərbaycan və Serbiya HHQ komandanları görüşüblər

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ölkəmizdə səfərdə olan Serbiya Respublikası HHQ və Hava Hücumundan Müdafiə komandanı general-mayor Brane Krnyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.