“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) Müşahidə Şurasının tərkibi açıqlanıb.
REALPRESS .Az APA-Economics-ə istinadən xəbər verir ki, Şuranın sədri maliyyə nazirinin müavini Emin Hüseynovdur.
Müşahidə Şurasının digər üzvləri isə Sevinc Həsənova (iqtisadiyyat nazirinin müavini), İdris İsayev (əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini), Comərd Əliyev və Vadim Xubanovdur (Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini).
Qeyd edək ki, Comərd Əliyev ləğv olunan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin müavini olub.
AİF-in İdarə Heyətinin sədri Fəxri Kazımovdur. Onun müavini vəzifəsinə təyin olmasa da, İdarə Heyətinin digər üzvü Rəhman Hümmətovdur.
Qeyd edək ki, Azərbaycan prezidentinin 2015-ci il 27 oktyabr tarixli 662 nömrəli Fərmanına uyğun olaraq səhmləri dövlətə məxsus “Azərbaycan İpoteka Fondu” ASC formasında yenidən təşkil olunub. Ölkə başçısının 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanına əsasən, ASC-nin Nizamnaməsi təsdiq edilib və kommersiya hüquqi şəxslərin dövlət reyestrindən 18 avqust 2016-cı il tarixində qeydiyyatdan keçib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.