Bu gün 10-dan çox ölkəyə Azərbaycan istehsalı olan müdafiə təyinatlı məmulatlar ixrac edilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 11-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə müdafiə sənayesi naziri Yavər Camalov deyib.
“Cari ildə xüsusi təyinatlı hücum pulemyotunun, avtomatik qumbaraatan kompleksinin, “İstiqlal-1T” snayper tüfənginin, soyuq atış kollimatorunun, avtomatik topun, artilleriya və tank topları üçün atəş yığımlarının, tank əleyhinə qumbaraatan üçün müxtəlif növ qumbaralı atəş yığımlarının müvafiq sınaqlarına başlanılıb. Həmin məmulatların istehsalının mənimsənilməsi istiqamətində işlər davam etdirilir. Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elmi müəssisələrinin potensialından istifadə etməklə bir sıra elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla həyata keçirilir”, - deyə nazir bildirib.
Y.Camalov onu da deyib ki, Azərbaycan Silahlı Qüvvələrini yeni növ “Zərbə” pilotsuz uçuş aparatları ilə təmin etmək üçün yaxın vaxtlarda bu məmulatın seriyalı istehsalına başlanılacaq. Bununla bağlı Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında anlaşma memorandumu imzalanıb.
Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Perunun böyük oxucu kütləsinə malik “La Razon” və “Prensa21” xəbər portallarında 20 Yanvar faciəsinə həsr olunmuş “20 Yanvar faciəsi: müstəqilliyin yüksək qiyməti” sərlöhvəli məqalələr dərc olunub.
Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
İsmayıllı rayonuna yağan qar elektrik verilişində qısa müddətli fasilələr yaradıb.
Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, müharibə iştirakçıları, müharibədən zərər çəkənlər, erməni terroruna məruz qalanlardan ibarət olmaqla artıq 3200-dən çox şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə olunub.