Azərbaycan “EXPO-2017” Beynəlxalq Sərgisində iştirak etmək üçün pavilyonu təhvil alıb

Azərbaycan “EXPO-2017” Beynəlxalq Sərgisində iştirak etmək üçün pavilyonu təhvil alıb
27 2017 14:51

Qazaxıstanın paytaxtı Astanada “EXPO-2017: Gələcəyin enerjisi” Beynəlxalq Sərgisində Azərbaycan Milli Pavilyonu üçün ayrılmış yerin təhvil alınmasını təsdiqləyən sənəd imzalanıb. Sənədi “Astana EXPO-2017” Milli Şirkətinin Sərginin inşası üzrə baş direktoru Bolatkan Sandıkbayev və Azərbaycanın Energetika Nazirliyinin aparat rəhbəri İftixar Hüseynov imzalayıb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iyunun 10-dan sentyabrın 10-dək davam edəcək sərgidə Azərbaycan Milli Gününün iyulun 9-u tarixində keçirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin müvafiq göstərişi ilə respublikamızı “EXPO 2017” sərgisində təmsil edəcək milli seksiyanın komissarı energetika naziri Natiq Əliyevdir.

403,3 kvadratmetrlik əraziyə malik Azərbaycan milli pavilyonu istifadə üçün lazımi vəziyyətdədir. Pavilyonun “Odlar Yurdu - Keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanan konsepsiyası isə Azərbaycan tarixi, mədəniyyət və incəsənəti, elmi, insan kapitalı, tolerantlıq ənənələri, ölkəmizin müasir iqtisadiyyatı, Xəzər, Qədim İpək Yolu, Qobustan kimi dəyərlərimizi nümayiş etdirir. Azərbaycanda ənənəvi enerjidən alternativ enerjiyə keçidin tarixi təkamül yolunun bu dəyərlər kontekstində təqdimatı nəzərdə tutulur.

“EXPO- 2017: Gələcəyin enerjisi” Beynəlxalq Sərgisində 100-dən artıq ölkənin və 18 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı gözlənilir. Sərgi enerjidən istifadə sahəsində nailiyyətlər və perspektivlər, o cümlədən ekoloji təmizlik, enerji resurslarından istifadə zamanı ətraf mühitin mümkün qədər qorunması və sair bu kimi mövzulara həsr olunacaq.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.