Avropa bankları vergi limanlarından 25 milyard avro “qabağa düşüblər”

Avropa bankları vergi limanlarından 25 milyard avro “qabağa düşüblər”
06 2017 16:22

2016-cı ildə Avropanın ən iri bankları öz gəlirini ofşor zonalarda qeydiyyata aldırmaqla 25 milyard avro vəsaiti vergidən yayındırmağa müvəffəq olublar.

AZƏRTAC “Oxfam” təşkilatına istinadla bildirir ki, ən populyar vergi limanları İrlandiya və Lüksemburq sayılır. Bank gəlirlərinin 29 faizi bu iki ölkədə qeydiyyatdan keçirib. Özünün 134 milyon avro məbləğində gəlirlərini Kayman adalarında qeydiyyata aldırmış “BNP Paribas” bankı da vergi qaçaqlarının siyahısında yer tutur.

Almaniyanın “Deutsche Bank”ı daha da irəli gedib. Bank öz ölkəsində cüzi itkilərini qeydə aldırsa da, vergi limanlarındakı gəlirləri təxminən 2 milyard avro təşkil edib.

“Oxfam” hesab edir ki, Avropa İttifaqına daxil olan ölkələrin hökumətləri iri maliyyə institutlarının vergi ödənişlərinə daha ciddi nəzarət etməlidirlər. Çünki bu cür böyük vergi itkiləri üzv ölkələrin iqtisadiyyatını zədələyir, bundan isə büdcədən maaş alan vətəndaşlar - həkimlər, müəllimlər və sosial sahədə çalışanlar daha çox ziyan görürlər.


12 İyul 2024
Dünya

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğlərdə yardım göstərəcək

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğdə yardım göstərəcək.

12 İyul 2024
Dünya

Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

12 İyul 2024
Dünya

Nepalda 2 avtobus çaya aşdı - 66 nəfər itkin düşdü

Nepalda torpaq sürüşməsi səbəbindən 2 avtobusun aşaraq çaya düşməsi nəticəsində azı 66 nəfər itkin düşüb.

12 İyul 2024
Dünya

Ərdoğan Vaşinqtonda Makronla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında görüş baş tutub.

12 İyul 2024
Dünya

Kanada sahillərində güclü zəlzələ baş verib

Kanadanın Britaniya Kolumbiyası əyalətinin sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.