Avropa Şurasının İnformasiya Cəmiyyəti İdarəsinin proqram rəhbəri Leila Marşania Azərbaycan Mətbuat Şurasında (MŞ) olub.
Şuradan Trend-ə verilən məlumata görə,MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun Avropa Şurasının Azərbaycan nümayəndəliyi ilə birgə həyata keçirdiyi təşəbbüslərin uğurlu olduğunu bildirib. Bu baxımdan "İfadə azadlığı və media azadlığı" layihəsinin də kifayət qədər faydalı nəticələr verdiyini diqqətə çatdırıb. Ə.Amaşov bir qrup media nümayəndəsinin may ayında Avropa Şurasının struktur bölmələrində, eləcə də Avropa Məhkəməsində keçirilən təlimlərə qatılmalarını, Bakıda və ölkəmizin müxtəlif rayonlarında jurnalistlər üçün söz və ifadə azadlığının, peşəkarlığın müxtəlif aspektlərinə dair seminarların təşkilini konkret məqamlar kimi vurğulayıb.
Avropa Şurasının İnformasiya Cəmiyyəti İdarəsinin proqram rəhbəri L.Marşania da Mətbuat Şurası ilə birgə əməkdaşlıqdan məmnunluğunu bildirib. "İfadə azadlığı və media azadlığı" layihəsi çərçivəsində reallaşdırılmış təşəbbüslərin davamlılığının zəruriliyini vurğulayan qonaq təmsil etdiyi qurumun mövcud istiqamətdəki əməkdaşlıqda maraqlı olduğunu dilə gətirib.
Görüşdə media peşəkarlığının, söz və ifadə azadlığının müxtəlif tərəfləri ilə bağlı fikir mübadiləsi aparılıb, perspektiv əməkdaşlığın ayrı-ayrı cəhətlərinə diqqət yetirilib.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti (MPK), Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiyasiyasının (IBSA) vitse-prezidenti, Milli Abilimpiya Federasiyasının prezidenti İlqar Rəhimov Syerra-Leonenin vitse-prezidenti Məhəmməd Culdeh Calloh ilə görüşüb.
Milli Məclisin Gənclər və idman və Ailə, qadın və uşaq məsələləri komitələrinin Şuşada birgə iclası keçirilir.
Azərbaycanda idarəetmə sahəsində aparılan islahatlar gənc və perspektivli kadrların təyinatlarında da özünü göstərir.