Dağlıq Qarabağ münaqişəsinin humanitar aspektləri Avropa Şurasını (AŞ) narahat edir və Ermənistanı dərhal Azərbaycan hərbçisinin meyitini qaytarmağa çağırır.
Trend-in AŞ-nin saytına istinadən verdiyi məlumata görə, bu barədə Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın bəyanatında deyilir.
T.Yaqland qeyb edib: "Mən bilirəm ki, ötən il dekabrın 29-da atəşkəs rejiminin pozulması insan tələfatı ilə nəticələnib, həmçinin erməni silahlı qüvvələrinin həlak olan azərbaycanlı əsgərin meyitini hələ də saxladıqlarından xəbərdaram. Mən tərəfləri təkidlə atəşkəs rejiminə hörmət etməyə çağırıram və məsələnin humanitar tərəflərini nəzərə alaraq, 2010-cu ildə Həştərxanda yüksək səviyyəli görüşdə əldə olunmuş razılaşmalara uyğun olaraq, ATƏT-in Minsk qrupunun həmsədrlərinin meyitlərin gecikdirilmədən, dərhal qaytarılmasına dair çağırışları tamamilə dəstəkləyirəm".
Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan “TEKNOFEST” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar və Türkiyәnin sәnaye vә texnologiya nazirinin müavini Mehmet Fatih Kacırla görüşüb.
Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin və “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə” 31 iyul 2018-ci il qərarını ləğv edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsi məqsədilə Avtomobil Yolları İnformasiya Sistemi (AYİS) yaradıb.