Avropa Komissiyasının baş direktoru: Azərbaycan ilə Avropa İttifaqı arasında yaxşı əlaqələr var

Avropa Komissiyasının baş direktoru: Azərbaycan ilə Avropa İttifaqı arasında yaxşı əlaqələr var
31 2017 11:07

Azərbaycan ilə Avropa İttifaqı arasında yaxşı əlaqələr var və tərəflər bu əlaqələri inkişaf etdirmək istəyir.

AZƏRTAC xəbər verir ki, bu fikri Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və genişlənmə danışıqları üzrə baş direktoru Kristian Danielson ADA Universitetində “Avropa İttifaqı-Azərbaycan münasibətləri, yeni qlobal kontekstdə: çağırışlar və imkanlar” adlı mühazirəsində söyləyib.

Bakıya səfəri çərçivəsində Azərbaycan hökuməti ilə Avropa İttifaqı arasında görüləcək işlərin əsas elementlərini müəyyənləşdirdiklərini deyən Kristian Danielson bu sahədə tezliklə razılaşma əldə ediləcəyinə ümidvar olduğunu qeyd edib. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi qeyd edib.

“Azərbaycan bizim vacib tərəfdaşımızdır”, – deyən baş direktor vurğulayıb ki, Avropa İttifaqı burada ən böyük investorlardan biridir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə Avropa İttifaqının verəcəyi töhfələrə gəlincə o, münaqişənin həlli ilə bağlı prosesi dəstəklədiklərini və tezliklə irəliləyiş görmək istədiklərini deyib.


22 Sent 2023
Siyasət

Hikmət Hacıyev: “Azərbaycan yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə hazırdır”

“Azərbaycanın mərkəzi hakimiyyəti yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə və ya bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə etməyə hazırdır”.

22 Sent 2023
Siyasət

Azərbaycan və Türkiyə hərbi hüquqşünaslarının görüşü keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq planına əsasən, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində hərbi hüquq ixtisası üzrə ekspertlərin görüşü keçirilib.

22 Sent 2023
Siyasət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 22 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

22 Sent 2023
Siyasət

Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysı qəbul edib.

22 Sent 2023
Siyasət

Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank söküldü - YENİLƏNİB + VİDEO

Erməni işğalçıların vaxtilə Şuşanın girişində quraşdırdıqları tankın sökülməsinin kadrları yayılıb.