Avropa İnvestisiya Bankı Azərbaycanı maliyyələşdirmək istəyir

Avropa İnvestisiya Bankı Azərbaycanı maliyyələşdirmək istəyir
04 2017 11:07

Avropa İnvestisiya Bankı (EIB) Azərbaycanda nəqliyyat, energetika və ekologiya sahəsində layihələri maliyyələşdirməkdə maraqlıdır. 

REALPRESS.Az xəbər verir ki, bu barədə Trend-ə hökumətdəki mənbə məlumat verib.

Mənbə bildirib: “Hazırda biz bir sıra istiqamətlərdə EIB ilə ilkin müzakirələr aparırıq. Düzdür, qeyd etmək lazımdır ki, bu bankın öz iş spesifikası var. Məsələn, biz Dünya Bankı ilə işləyirik və yalnız vergi xərclərini ödəyirik, yerdə qalan vəsaiti isə bank özü ödəyir. 

EIB Dünya Bankından fərqli olaraq layihələrin maliyyələşdirilməsinin 100 faizini üzərinə götürmür, birgə kreditləşmədə iştirak edir. Bu bankla danışıqlar zamanı biz bir sıra amilləri nəzərə almalıyıq: hökumət özü nə qədər vəsait ayıracaq, üçüncü tərəfin cəlb edilməsi və digər məsələlər”.

Bankla müzakirə edilən layihələrin dəyərinə gəldikdə isə mənbə qeyd edib ki, onların həcmi müəyyənləşməyib: 

“İstənilən bank ilə iş zamanı, ilk növbədə, layihənin istiqamətini müəyyən etmək və texniki-iqtisadi əsaslandırılmasını hazırlamaq lazımdır. İnvestisiyaların həcmi artıq bu iki mərhələdən sonra müəyyən edilir. Hazırda biz EIB ilə layihələrin istiqamətlərini və texniki-iqtisadi əsaslandırmanın hazırlanmasını müzakirə edirik”.

Avropa İnvestisiya Bankı Aİ ölkələri üçün maraq doğuran obyektlərin yenidən qurulması və tikintisi üçün kreditlərin verilməsi məqsədi ilə 1958-ci ildə yaradılıb. EIB ölkədə kredit əməliyyatlarının həyata keçirilməsi imkanını Azərbaycan hökuməti ilə 2014-cü ilin yanvar ayının 15-də çərçivə sazişi bağlandıqdan sonra qazanıb.

Qeyd edək ki, əməkdaşlığın əvvəlindən bank energetika, kiçik və orta biznesin inkişafı üçün Azərbaycana 76,25 milyon avro ayırıb.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.