4%-lik marjanın ləğv edilməsindən sonra banklar sərbəst məzənnələr elan etməyə başlayıblar. "Marja" xəbər verir ki, banklarda Dolların satış qiyməti ilə bərabər Avronun da satış qiyməti qalxıb.
Bu gün səhər EUR/AZN məzənnəsi 1.8809 səviyyəsində elan edilib. Səhər saatlarında 1 avroya 1.9560 manat civarında qiymətlər qoyan banklar, günortadan sonra avronun satış qiymətini 2 manatdan yuxarı qaldırıblar.
Məsələn, 1 avronu Kapital Bank 2.0030 manata, Beynəlxalq Bank 2.0020 manata,Turanbank 1.9840, Unibank 1.9749 manata, Ziraat Bank Azərbaycan 1.9930 manata, Yapı Kredi Bank Azərbaycan 1.9938 manata satır.
“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.
Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.