Av­ro­pa Stra­te­ji Kəş­fiy­yat Mər­kə­zi AŞ­PA-da­kı an­ti-Azər­bay­can er­mə­ni şə­bə­kə­si­ni if­şa et­di

Av­ro­pa Stra­te­ji Kəş­fiy­yat Mər­kə­zi AŞ­PA-da­kı an­ti-Azər­bay­can er­mə­ni şə­bə­kə­si­ni if­şa et­di
09 2017 10:06

"Lob­bi­miz güc­lü ol­sa, o za­man er­mə­ni­lə­rə iş­lə­yən şə­bə­kə­lə­ri tez if­şa edə­rik"

Av­ro­pa Stra­te­ji Kəş­fiy­yat və Təh­lü­kə­siz­lik Mər­kə­zi (ESISC) Av­ro­pa Şu­ra­sı Par­la­ment As­samble­ya­sın­da (AŞ­PA) er­mə­ni­lə­rə iş­lə­yən şə­bə­kə­nin üs­tü­nü açıb. ESISC öz say­tın­da yer­ləş­dir­di­yi 27 sə­hi­fə­lik mə­ru­zə­sin­də gös­tə­rib ki, şə­bə­kə "Azər­bay­ca­na qar­şı Er­mə­nis­ta­nın xey­ri­nə aman­sız təb­li­ğat apa­rıb".

Təd­qi­qat işi "Er­mə­ni əla­qə­si de­pu­tat­la­rın və QHT-lə­rin giz­li ic­la­sı" ad­la­nır. Mə­ru­zə­də bil­di­ri­lir ki, 2012-ci il­dən baş­la­ya­raq AŞ­PA-da bey­nəl­xalq hü­qu­qun po­zul­ma­sı üçün şə­bə­kə fə­a­liy­yət gös­tə­rir: "Bu qa­nun­suz hü­cum­lar gün­də­lik­də giz­li si­ya­si va­si­tə­lər ki­mi is­ti­fa­də edi­lir: Dağ­lıq Qa­ra­ba­ğın qa­nun­suz iş­ğa­lı­nı mü­da­fiə et­mək, in­san haq­la­rı­nın mü­da­fi­ə­si sa­hə­sin­də fər­di ma­raq­la­rı giz­lət­mək məq­sə­di da­şı­yır".

Fakt, rə­qəm və fo­to­şə­kil­lə­rə əsas­la­nan ESISC AŞ­PA-nın bir sı­ra üzvlə­ri­nin Er­mə­nis­tan və er­mə­ni­lər­lə iş­lə­yən təş­ki­lat­lar­la əla­qə­li ol­du­ğu­nu bil­di­rir: "De­pu­tat­la­rı və iri QHT-lə­ri bir­ləş­di­rən bu təh­lü­kə­li si­ya­sət dər­hal da­yan­dı­rıl­ma­lı­dır".

Təd­qi­qat mü­əl­lif­lə­ri Av­ro­pa Sa­bit­lik Tə­şəb­bü­sü­nün (ESI) "Kü­rü şa­xə­lən­di­ril­mə­si" ad­lı mə­ru­zə­si­ni sərt tən­qid edib­lər. Mə­ru­zə­də Azər­bay­can kor­rup­si­ya­da gü­nah­lan­dı­rı­lır.

ESISC-dən bil­di­rib­lər ki, er­mə­ni­lə­rə iş­lə­yən şə­bə­kə­yə ame­ri­ka­lı iş ada­mı Corc So­ros və ona ya­xın QHT-lər, ita­li­ya­lı jur­na­list Mi­le­na Qa­ba­nel­li, ame­ri­ka­lı iş ada­mı Uil­yam Bra­u­de və s. də ya­xın­dır.

Bir növ, bu­nun­la er­mə­ni­lər öz lob­bi im­kan­la­rı­nı işə sa­la­raq, AŞ­PA-da­kı de­pu­tat­la­rı qa­nun­suz yol­lar­la əla alır.
Sö­zü­ge­dən mə­sə­lə ilə bağ­lı fi­kir­lə­ri­ni "Ba­kı-Xə­bər"lə bö­lü­şən ekspert Mə­həm­məd Əsə­dul­la­za­də­nin söz­lə­ri­nə gö­rə, bu gün dün­ya­da mü­əy­yən döv­lət­lə­rə tə­sir et­mək, öz ma­raq­la­rı­nı mü­da­fiə et­mək üçün lob­bi sis­te­mi ən cid­di tə­sir me­xa­niz­mi­dir: "Bu sis­te­mə ma­lik ol­maq üçün güc­lü şə­bə­kə qu­rul­ma­lı və ma­liy­yə im­kan­la­rı sə­fər­bər edil­mə­li­dir. Lob­bi­çi­lik fə­a­liy­yə­tin­də Azər­bay­ca­nın mü­əy­yən na­i­liy­yət­lə­ri ol­sa da, tə­əs­süf ki, bu sa­hə­də Er­mə­nis­tan­dan ge­ri­də qal­maq­da­yıq. Ta­rix bo­yu er­mə­ni­lə­rin və­tə­ni ol­ma­dı­ğı üçün, ha­ra­da ra­hat öl­kə var­sa, ora­nı öz­lə­ri üçün se­çib ya­şa­yıb­lar. Bu­na gö­rə də, ABŞ baş­da ol­maq­la, Av­ro­pa və di­gər öl­kə­lər­də er­mə­ni lob­bi da­i­rə­lə­ri za­man­la öz aq­res­siv si­ya­sə­ti­ni hə­ya­ta ke­çir­mək üçün bu öl­kə­lə­rin par­la­ment və hö­ku­mə­tin­də mü­əy­yən şəxslə­ri ələ alır. Qeyd edim ki, Er­mə­nis­ta­nın Azər­bay­ca­na qar­şı iş­ğal­çı­lıq si­ya­sə­ti­nin da­vam et­mə­sin­də er­mə­ni lob­bi­si­nin fə­a­liy­yə­ti də mü­hüm rol oy­na­yır. Ha­zır­da Tür­ki­yə və Azər­bay­ca­na qar­şı dün­ya er­mə­ni lob­bi­si düş­mən­çi­lik si­ya­sə­ti apa­rır və ça­lı­şır ki, qon­dar­ma "er­mə­ni soy­qı­rı­mı" və Azər­bay­ca­nın tər­kib his­sə­si olan Qa­ra­bağ böl­gə­si er­mə­ni əra­zi­si ki­mi ta­nın­sın. Er­mə­ni­lə­rin bir əsr lob­bi­çi­lik təc­rü­bə­si var, eti­raf et­mə­li­yik ki, ge­niş im­kan­la­ra sa­hib­dir­lər. Tür­ki­yə­yə qar­şı "soy­qı­rım" avan­tü­ra­sı və ABŞ-ın öl­kə­mi­zə qar­şı "907-ci dü­zə­liş"i məhz er­mə­ni lob­bi­si­nin "əmə­yi­nin" nə­ti­cə­si­dir. Bu sis­tem er­mə­ni ter­ro­ru­nun dəs­tək­lən­mə­sin­də də mü­hüm fak­tor­dur. ASA­LA, "Daş­nak­süt­yun" təş­ki­lat­la­rı­nın Azər­bay­ca­na qar­şı ter­ror si­ya­sə­ti er­mə­ni lob­bi­si tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lib. Bu gün mü­əy­yən da­i­rə­lər məhz Azər­bay­ca­na tə­sir et­mək üçün er­mə­ni lob­bi­si­nin işin­dən ya­rar­la­nır və qə­rəz nü­ma­yiş et­di­rir­lər.

Er­mə­ni lob­bi­si­nə qar­şı Tür­ki­yə-Azər­bay­can lob­bi tan­de­mi güc­lən­mə­li və er­mə­ni­lə­rin si­ya­sə­ti­ni faş et­mə­li­dir­lər. Bu­ra­da cid­di şə­kil­də stra­te­gi­ya qur­maq və təş­ki­lat­lan­ma işi­ni sü­rət­lə apar­maq la­zım­dır. Lob­bi­miz güc­lü ol­sa, o za­man er­mə­ni­lə­rə iş­lə­yən şə­bə­kə­lə­ri tez if­şa edə­rik".


24 Mar 2023
Siyasət

Kamaləddin Qafarov: “Ermənistan yenə odla oynayır”

“Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun 2020-ci il oktyabrın 3-də işğaldan azad olunmuş Talış kəndində görülən yenidənqurma işləri ilə tanış olublar.

24 Mar 2023
Siyasət

Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını təbrik edib - FOTO/VİDEO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını təbrik edib.

24 Mar 2023
Siyasət

Misir prezidenti İlham Əliyevə zəng vurub

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

24 Mar 2023
Siyasət

Nyu-Yorkda Novruz bayramı qeyd edilib - FOTO

ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.