Asiya İnfrastruktur İnvestisiya Bankına (AİİB) daha 13 ölkənin üzvlüyü təsdiq olunub.
Bankdan verilən məlumata görə, AİİB-in rəhbərlər şurası həmin ölkələrin üzv olmaq üçün müraciətini təsdiqləyən qərar qəbul edib. Beləliklə, bankın üzvlərinin sayı 70-ə çatıb.
Mənzil-qərargahı Pekində yerləşən bankın nizamnamə kapitalı 100 milyard ABŞ dolları məbləğində müəyyənləşdirilib. Bunun təxminən 75 faizini Asiya ölkələri təmin edir. Ölkələrin payı onların iqtisadiyyatının həcminə uyğun müəyyən olunur. Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirməklə regionun inkişafına dəstək məqsədilə yaradılan bank ötən 1 ildə Azərbaycan, Pakistan, Banqladeş, İndoneziya, Tacikistan və Myanmaya, ümumilikdə, 9 layihəyə 1,73 milyard ABŞ dolları vəsait ayırıb.
Xatırladaq ki, ötən ilin dekabrında AİİB Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 milyon dollar kredit ayrılması ilə bağlı qərar qəbul edib.
“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.
Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.