Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Direktorlar Şurası Oman Sultanlığına 2 infrastruktur layihəsi üçün 301 milyon ABŞ dolları kredit ayırıb.
Bankın Pekindəki mənzil-qərargahından verilən məlumata əsasən, vəsaitin 265 milyon dolları Dukm limanının inşasına, 36 milyon dolları isə ölkədə dəmir yolu şəbəkəsinin hazırlıq layihəsinin maliyyələşdirilməsinə yönəldiləcək.
Bununla AİİB-in fəaliyyətə başladığı ilk ildə ayırdığı ümumi kreditin məbləği 1,13 milyard dollara çatıb.
Xatırladaq ki, Azərbaycanın da təsisçi-üzvü olduğu bank 100 milyard dollar nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirir.
Rusiyanın Tula vilayətinin iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanın paytaxtı Bakıda səfərdədir. Tula vilayətində istehsal edilən məhsulların Azərbaycana tədarükü ilə bağlı müqavilələrin imzalanması gözlənilir.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.