Argentinanın “Imagen Diplomática” jurnalının Azərbaycana  həsr olunmuş buraxılışı işıq üzü görüb

Argentinanın “Imagen Diplomática” jurnalının Azərbaycana həsr olunmuş buraxılışı işıq üzü görüb
05 2017 16:18

Azərbaycanın Argentinadakı səfirliyinin dəstəyi ilə bu ölkənin ictimai-siyasi, diplomatik və işgüzar dairələri arasında xüsusi nüfuza malik “Imagen Diplomática” jurnalının “Azərbaycan: müqəddəs Qafqaz ətəklərində, cəsur övladların odlar yurdunda inkişaf və sülh” adlı buraxılışı işıq üzü görüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Imagen Diplomática”nın Azərbaycana həsr olunan bu sayı jurnalın 10 illik yubiley buraxılışıdır.

Üz qabığında Heydər Əliyev Mərkəzinin əks olunduğu jurnalda “Azərbaycan və onun inkişaf strategiyası”, “Argentina və Azərbaycan”, “Argentina və Azərbaycan arasında yüksək səviyyədə əlaqələr davam edir”, “Azərbaycanda turizm”, “Polo və çovqan”, “Bakıda “Formula-1 Qran-prisi”, “Azərbaycan şərabları”, “La Plata Dövlət Universitetində Azərbaycanşünaslıq kafedrası”, “Argentina və Azərbaycan: bir-birini qarşılıqlı tamamlayan iqtisadiyyata malik iki tərəfdaş”, “Azərbaycan: Odlar diyarı...Qafqazın incisi”, “Azərbaycan xalçaları: toxuma mədəniyyəti”, “Bakı şəhərinin memarlığı”, “Gələcəyə baxış: 2020-ci ilə qədər Argentina – Azərbaycan əlaqələrinin qiymətləndirilməsi” mövzusunda ölkəmizi müxtəlif tərəflərdən təqdim edən məqalələr və fotoşəkillər yer alıb.

 Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanovun müəllifi olduğu “Azərbaycan və onun inkişaf strategiyası” başlıqlı məqalədə ölkəmizdə müsəlman Şərqində ilk parlamentli respublikanın, habelə teatr, opera, balet kimi mədəniyyət nümunələrinin əsasının qoyulduğu bildirilib. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurlar, Azərbaycanda multikulturalizm ənənələri, ölkəmizdə təşkil olunmuş beynəlxalq əhəmiyyətli tədbirlər, Azərbaycan-Argentina münasibətləri barədə ətraflı məlumat verilib. Məqalədə Ermənistan-Azərbaycan münaqişəsinə geniş yer ayrılıb, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması, bunun nəticəsi olaraq 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, münaqişə ilə bağlı BMT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş və ölkəmizin haqlı mövqeyini dəstəkləyən sənədlər barədə məlumat əks olunub.

“Gələcəyə baxış: 2020-ci ilə qədər Argentina – Azərbaycan əlaqələrinin qiymətləndirilməsi” başlıqlı məqalədə “Son 20 ildə Azərbaycan proqressiv sosial inkişafa imkan verən iqtisadi artımın uğurlu modelini qurub...Prezident İlham Əliyevin rəhbərliyi altında siyasi sabitlik möhkəmləndirilib, ölkə qlobal iqtisadiyyatda mühüm rol qazanıb”, “Argentina və Azərbaycan: bir-birini qarşılıqlı tamamlayan iqtisadiyyata malik iki tərəfdaş” başlıqlı məqalədə “Son 10 ildə Azərbaycan iqtisadiyyatının gücü və illik artımı 13 faiz olmaqla inkişafı onu Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsinə çevirib...Qarşıdan gələn illərdə siyasi sabitliyi, enerji resurslarının istifadəsinin genişləndirilməsi və Avropanın enerji təhlükəsizliyində rolu sayəsində Azərbaycanın Xəzər dənizi regionunda iqtisadi güc mərkəzi statusunun güclənməsinin şahidi olacağıq”, “Azərbaycanda turizm” məqaləsində “Səfər edən hər kəs üçün Azərbaycan inkişaf etmiş, tarix və müasirliyi, təbiət və texnologiyanı, sülh və hərəkətliliyi özündə birləşdirən bir məkandır. Bunun sayəsində “Odlar Yurdu” bütün dünyadan bura gələn turistləri, xüsusilə də argentinalıları cəlb edir” kimi fikirlər yer alıb.

Jurnalın Azərbaycana həsr olunmuş buraxılışı oxucuların böyük marağına səbəb olub.


2 Noy 2024
Siyasət

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib.

2 Noy 2024
Siyasət

Ağdaşın yeni icra başçısı kollektivə təqdim edilib

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Rüfət oğlu Hüseynzadə bu gün rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

2 Noy 2024
Siyasət

Azərbaycan XİN Serbiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Novi Sad şəhərində baş vermiş faciəvi hadisə nəticəsində 14 nəfərin ölümü ilə əlaqədar Serbiyaya başsağlığı verib.

2 Noy 2024
Siyasət

Cahit Bağcı Elçin Əmirbəyovla regional və qlobal məsələləri müzakirə edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşüb.

2 Noy 2024
Siyasət

Ombudsman Aparatında türkiyəli professor İlber Ortaylı ilə görüş keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında məşhur türkiyəli tarixçi, professor İlber Ortaylı ilə görüş keçirilib.