Apple-ın əlindən məhsulunun ad qeydiyyatını alan Türk Təşəbbüskar!

Apple-ın əlindən məhsulunun ad qeydiyyatını alan Türk Təşəbbüskar!
16 2017 11:19

Apple-ın ağıllı saatı Apple Watch rəsmi olaraq təqim olunmadan əvvəl adı iWatch olaraq gözlənilirdi. Hər nə qədər Apple, ağıllı saatı üçün "Apple Watch” adını istifadə etməyi uyğun görsə də, iWatch adını qeydiyata salmaq məqsədində idi. Ancaq qarşısında, məşhur saat istehsalçı firmaSwatch var. Ad bənzərliyi səbəbiylə iWatch markasının ləğvini istəyən Swatch, Apple ilə bir çox ölkədə bənzər işlər ilə qarşı-qarşıya gəlir. Lakin indi bu iki nəhəng şirkət, bir araya gələrək Türk sahibkara qarşı birlik oldular.

Apple, 2013-ci ildə Türk Patent İnstitutuna ”iWatch" adının qeydiyyatı üçün müraciət etmişdi. Lakin bu müraciət, qısa bir müddət sonra, "bənzər bir markanının qeydiyyatının mövcud olması” səbəbi ilə təxirə salınmışdı. Bu markanın rəsmi qeydiyyat adı Ahmet İhsan Aktunaya aiddir.

2008-ci ildə Matriks Ram Xarici Ticarət şirkəti ilə iWatch markasını, 2009-cu ildə isə Arıkan İdxal Saat Sənaye və Xarici Ticarət şirkəti"i_watch” adını ayrı-ayrı qeydiyyat etdirib. Daha sonra isə Matriks RAM-ın köhnə sahibi olan Ahmed İhsan Aktuna, Sentyabr 2009-cu ildə qeydiyyat etdirdiyi markanı öz üzərinə keçirib.

Bu səbəb görə Apple, iWatch markası üçün qeydiyyat ala bilmir. Swatch cəbhəsi isə, Apple-a qarşı mövqeyini, Aktuna-ya qarşı da göstərərək ad bənzərliyi səbəbi ilə marka ləğvini istəyir.

iWatch markası üçün Aprel 2008-ci ildə müraciət edən və sentyabr 2009-cu ildə rəsmi olaraq qeydiyyat etdirən Ahmed İhsan Aktuna, Apple-ın Türkiyə vəkillərinin bir müddət əvvəl özü ilə təmasa keçdiklərini ifadə edib. Vəkillər ilə görüşən Aktuna, ad qeydiyyatını Apple-a satması mövzusunda hər hansı bir rəqəm tələffüz etmədiyini bildirib. Aktuna-nın mövzu ilə bağlı şərhləri belədir:

"Mənim daha əvvəl ortaq olduğum bir şirkət var idi daha sonra bu şirkəti bağladıq. Şirkəti bağlayanda markanı öz üzərimə keçirtdim . Apple, bu marka məndə olduğu müddət ərzində "iwatch” adı ilə Türkiyədə məhsul sata bilməz. Beləki, Apple CEO-su Tim Cook-un bir müddət əvvəl etdiyi bir şərh var idi . Bu saatların 3D versiyasını qarşımızdakı dövrdə bazara çıxarılacağını bildirmişdı. Dediyim kimi, marka-nın, həm istehsal, həm satış haqqı məndədir. Mənim ağlımdan keçən rəqəm isə 5 milyon dollardır.

Türk sahibkara qarşı iki nəhəng şirkətin etdiyi bu mübarizənin nəticəsi nə olacaq görəcəyik.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.