Ana və uşaq ölümünün səviyyəsinin azaldılması sahəsində silsilə tədbirlər davam edir

Ana və uşaq ölümünün səviyyəsinin azaldılması sahəsində silsilə tədbirlər davam edir
02 2017 09:25

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ana və uşaq sağlamlığının inteqrasiyasına, ana və uşaq ölümünün səviyyəsinin azaldılması sahəsində həyata keçirdiyi silsilə tədbirləri bu il də davam etdirir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İSİM tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə fevral 28-dən martın 3-dək ana ölümü hallarının qarşısının alınması və azaldılmasında xüsusi əhəmiyyətə malik “Mamalıqda ölümlə nəticələnməyən ağırlaşmaların tədqiqi” metodologiyasının geniş tətbiqinə dair tədbirlər təşkil olunur.

Metodologiyanın Azərbaycanda geniş tətbiqi üçün texniki dəstəyin göstərilməsi məqsədilə tədbirlərə xüsusi olaraq Azərbaycana ÜST-nin proqram rəhbəri Qunta Lazdane və eksperti Steilian Xodorogean dəvət ediliblər.

Həmin metodologiyanın tətbiq edilməsi “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na və “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üzrə Strateji Planı”na uyğun olaraq həyata keçirilir.

ÜST ilə əməkdaşlıq nəticəsində hazırlanan həmin metodologiya ana ölümlərinin qarşısının alınması və azaldılması sahəsində xüsusi əhəmiyyətə malikdir. ÜST-nin nümayəndələri bununla əlaqədar olaraq Respublika Perinatal Mərkəzi, 3 nömrəli Şəhər Klinik Xəstəxanasının Doğum şöbəsi, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Doğum şöbəsi, habelə Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin 1 nömrəli Doğum Evində nümunəvi mamalıq ağırlaşması hallarının müzakirələrində iştirak edəcəklər.

Martın 2-3-də İSİM-də həmin tibb müəssisələrinin və bütün perinatal mərkəzlərin nümayəndələrinin iştirakı ilə keçiriləcək seminarda hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin müəyyənləşdirilməsi üçün üç mərhələdən ibarət müzakirələr aparılacaq.

Seminarda iştirakçıların hazırladığı metodikanın pilot tətbiqinin nəticələri təqdim ediləcək, əldə edilən nəticə və uğurlara, qarşıda duran problemlərə nəzər salınacaq. ÜST-nin nümayəndələri seminar iştirakçılarını həmin beynəlxalq təşkilatın Ana və Yenidoğulmuşların Sağlamlığının Tədqiqatı qrupunun digər ölkələrdə keçirdiyi sorğu haqqında məlumatlandıracaqlar.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.