Amerikaya viza almaq üçün hansı sənədlər tələb olunur?

Amerikaya viza almaq üçün hansı sənədlər tələb olunur?
15 2017 11:25

Çoxları Amerika vizası üçün də Şengendə tələb olunan sənədlərin istənildiyini söyləyir. Kimi deyir iş yerindən arayış, bank hesabından çıxarış, səyahət sığortası, hotel və təyyarə bileti bronu lazımdır.

Bəs əslində viza almaq üçün nə tələb olunur?

Oxu.Az xəbər verir ki, səyahət bloggeri Gülər Mehdizadə bu barədə təcrübələrini seyahetciblogda bölüşüb.

Kimi deyir adına mülk, bank hesabından çıxarış lazımdır, kimi də bütün bunların lazımsız olduğunu söyləyir. Bir sözlə, hərə bir fikir bildirir. Elə mənə də Amerika səfirliyinin viza şərtləri maraqlı gəlirdi. Bu yaxınlarda müraciət edib öyrəndim.

Hansı sənədlərin tələb olunduğunu bilmək üçün əvvəlcə səfirliyin saytında axtarış etdim. Konkret hansısa sənəd yazılmamışdı. Sadəcə, “bizi dönəcəyinizə inandırın”, – deyilirdi.

Necə inandıraq?

Çox fikirləşəndən sonra bütün sənədləri toplamaq qərarına gəldim. Kim nə deyir, hamısını.

Bankdakı hesaba qalacağım hər gün üçün 100 dollar qoyub, arayış çıxardım. Sonra bank hesabımdan son 6 aylıq çıxarış aldım. Səyahət sığortası, iş yerimdən arayış aldım. Adıma ev, avtomobil olması ilə bağlı sənəd təsdiqlətdim. Sonra hotel və təyyarə biletini bron etdim. Daha sonra isə yeni foto çəkdirdim.

Viza rüsumu – 160 dollar

Növbəti mərhələdə Amerika səfirliyinin saytında hesab açdım. 5-6 səhifəlik ərizə formasını doldurdum, bura şəkil əlavə etdim. Sonra da viza üçün tələb olunan 160 dolları onlayn ödədim. Ödəmə ilə bağlı emailə gələn təsdiq cavabını çıxardım. Daha sonra bütün bu sənədlərlə birgə səfirliyə getdim.

22 nəfərdən 17-nə “yox” dedilər

Növbədə 22-ci idim. Mənə sıra gələnə qədər 17 nəfərə “yox” cavabı verdilər. Həyəcanlanmışdım. Nəhayət, içəri keçdim. Səfirlik əməkdaşı özümlə bağlı danışmağımı istədi. Danışdım, filan işi görürəm, filan yerdə işləyirəm, Novruz bayramına görə Amerikaya gedirəm və s. Bundan sonra mənə ağ, üstündə “sizin vizanız təsdiq olundu”, – yazılmış kağız verdilər. Pasportu isə 5 gün sonra götürə biləcəyimi söylədilər və məndən hər hansı bir sənəd tələb olunmadı. O qədər sənədi yığmaq özümə qaldı.


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.