Amerika xalqı üçün ikinci şok

Amerika xalqı üçün ikinci şok
09 2017 15:37

ABŞ-ın 2016-cı il üzrə kəşfiyyat proqramı üçün ayırdığı büdcə xərci 70 milyard dollardır. Vəsaitin 53 milyard dolları Mərkəzi Kəşfiyyat Agentliyinin fəaliyyətinə, 17 milyard dollar isə hərbi kəşfiyyata sərf edilib. 2010-cu ildən sonra, təqribən 1-2 milyard dollar fərqlə, kəşfiyyat fəaliyyətinə hər il bu qədər vəsait xərclənib. 2017-ci il üçün də kəşfiyyat xərci eynidir - 70 milyard dollar.

Rusiya analoji iş üçün hər il təqribən 10 milyard dollar xərcləyir. Federal Təhlükəsizlik Bürosunun (FSB) rəsmi büdcəsi 59 milyard rubldur, yəni 10 milyard dollar ekvivalenti.

İndi Amerika kəşfiyyatçıları etiraf edirlər ki, FSB 7 dəfə aşağı büdcə ilə CİA-yə qalib gəlib, ABŞ təhlükəsizlik proqramlarını alt-üst edib. Bu, versiya, ehtimal deyil, ABŞ kəşfiyat xidmətinin son prezident seçkiləri ilə bağlı apardığı araşdırmaların yekunu olaraq ortaya çıxan nəticədir. Amerika kəşfiyyatı "Rusiya prezidenti Vladimir Putinin ABŞ-dakı 2016-cı il prezident seçkilərinə təsir kampaniyası aparmaq üçün göstəriş verdiyi" qənaətinə gəldiyini yanvarın 5-də rəsmən açıqlayıb. Tezislər Amerika kəşfiyyat birliyinin geniş kütlə üçün nəzərdə tutulan məruzəsində öz əksini tapıb. "Bloomberg" agentliyi məruzənin nüsxəsini əldə edərək yayıb: "Putin və Rusiya hökuməti dövlət katibi Hillari Klintonun nüfuzdan salınmasına, Donald Trampın qələbə şanslarını artırmağa çalışıb", - deyə məruzədə bildirilir.

Məsələ ondadır ki, bu qənaət bir nəfərin və ya bir idarənin rəyi deyil, ABŞ-da kəşfiyat proqramını icra edən hər üç müəssisə bu mühakimə ilə razıdır: "Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Tədqiqatlar Bürosu bu mühakiməyə böyük etimad göstərir, Milli Təhlükəsizlik Agentliyi isə əminliyini ifadə edir", - deyə sənəddə qeyd olunur.

Rusiya kəşfiyyatçılarının ABŞ-dakı prezident seçkilərinə müdaxilə etmək üçün çalışdıqları şübhəsi xeyli əvvəl formalaşıb. Milli Kəşfiyyatın direktoru Ceyms Klepper Rusiya hakerləri tərəfindən Demokrat Partiyasına qarşı hücumlar edilməsindən şübhələndiklərini hələ 2016-cı ilin sentyabr ayında, noyabr prezident seçkisindən iki ay öncə dilə gətirmişdi. Ceyms Klepper bildirmişdi ki, "Rusiyada həm ölkə daxilində, həm də xaricdə keçirilən seçkilərə müdaxilə etmək ənənəsi var. Amma haker hücumları ilə Rusiyanın nəyə nail olmaq istədiyini anlaya bilmirik".

Kəşfiyyat rəhbərinin həmin açıqlamalarından belə nəticə çıxırdı ki, Rusiyadan qaynaqlanan kiberhücumların ABŞ-dakı noyabr prezident seçkilərinin nəticələrinə təsir edə biləcəyindən narahatdırlar: "Məsələnin ən dramatik tərəfi odur ki, onlar kiberhücumlar üçün alətlər əldə ediblər".

Amma ABŞ kəşfiyyatçıları şübhələnmələrinə rəğmən, adekvat tədbirlər görə bilmədiklərini etiraf edirlər. 2017-ci ilin yanvar ayının 5-də bildirirlər ki, seçkinin nəticələri həm də "rus hakerlərin müdaxiləsi ilə qiymətləndirilib".

Məsələ o qədər qabarıb ki, ABŞ-ın yeni prezidenti Donald Trampın Rusiya kəşfiyyatı ilə bağlı ola bilməsi, hətta "Rusiya casusu olması" barədə iddialar gündəmə gəlib. "The Washington Post" "Bəlkə Tramp Rusiyanın casusudur?" sualının yer tutduğu məqalə hazırlayıb.

Düzdür, ABŞ elitası kəşfiyyat xidmətinin bacarıqsızlığı, Rusiya kəşfiyyatına uduzması barədə rəy formalaşmasın deyə, müxtəlif tezislər ortaya atır, fərqli müzakirələr açır. Amma hələ ki, proseslər ABŞ kəşfiyyatının bacarıqsızlığının üzərində köklənir. "The Washington Post" iddia edir ki, Tramp kəşfiyyat xidmətində köklü dəyişikliklər aparmaq niyyətindədir. "Tramp iddia edir ki, o, seçkilərdə təmiz qələbə qazanıb. Və Rusiyanın müdaxiləsi barədə deyilənlər onun xətrinə dəyir. Şayiələrə görə, Tramp ABŞ kəşfiyyat agentliklərində ixtisar və islahatlar aparmağa hazırlaşır".

ABŞ kəşfiyyatının qeyri-dəqiq, yalançı informasiyalar üzərində işləməsi, yeri gələndə aldadılması, digər kəşfiyyat qurumlarına uduzması, dünyanı yönləndirmək iddiasında olan superdövləti təmsil etmək bacarığında olmaması yönündə iddialar yeni deyil. Hələ 2001-ci ildə Dünya Ticarət Mərkəzinin qoşa qüllələri terror nəticəsində dağıdılarkən ABŞ kəşfiyyatı ətrafında şübhələr formalaşmışdı. Düzdür, sonradan iddialar irəli sürüldü ki, ABŞ kəşfiyyatı həmin terror aktlarının gerçəkləşməsinə qəsdən şərait yaradıb, Amerika xalqında və dünyada terrorçulara qarşı nifrət formalaşdırmaq istəyib. Amma bu kimi tezislər ABŞ kəşfiyyatına qarşı olan şübhələri nəinki azaltmadı, əksinə, daha da artırdı. Öz dövlətini hamıdan güclü, kəşfiyyatını isə hamıdan ayıq hesab edən Amerika xalqı üçün 2001-ci il terroru əsl şok oldu. Tramp ətrafında yaşananlar, rus kəşfiiyatının ABŞ prezident seçkilərinə müdaxilə etmək gücündə olması barədə informasiyaların gücü isə 2001-ci il olaylarından geri qalmır. Deyə bilərik ki, ikinci şok yaşanır.


12 İyul 2024
Dünya

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğlərdə yardım göstərəcək

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğdə yardım göstərəcək.

12 İyul 2024
Dünya

Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

12 İyul 2024
Dünya

Nepalda 2 avtobus çaya aşdı - 66 nəfər itkin düşdü

Nepalda torpaq sürüşməsi səbəbindən 2 avtobusun aşaraq çaya düşməsi nəticəsində azı 66 nəfər itkin düşüb.

12 İyul 2024
Dünya

Ərdoğan Vaşinqtonda Makronla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında görüş baş tutub.

12 İyul 2024
Dünya

Kanada sahillərində güclü zəlzələ baş verib

Kanadanın Britaniya Kolumbiyası əyalətinin sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.