ABŞ prezidenti Donald Tramp miqrasiya siyasətinin sərtləşdirilməsinə dair yeni fərman imzalayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Reuters məlumat yayıb.
Sənəd martın 16-da qüvvəyə minəcək. Fərmanla İran, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatların ərazisinə daxil olmasına qadağa qoyulub. Bu siyahıdan İraqın adı çıxarılıb. Daxili Təhlükəsizlik nazirliyinin məlumatına görə, rəsmi Bağdad Amerika hökümətinin məlumatlandırılmasını gücləndirib.
Qadağa bundan əvvəl viza alan şəxslərə şamil edilməyəcək.
Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı danışıqlar prosesi Türkiyənin hər iki ölkədən bütün gözləntilərinin yerinə yetiriləcəyi təqdirdə başlayacaq.
ABŞ Senatı Dövlət Departamentinin Cənubi Avropa İşləri Departamentinin sabiq direktor müavini, Barak Obamanın prezidentliyi dövründə Milli Təhlükəsizlik Şurasının (MTŞ) Egey dənizi və Cənubi Qafqaz ölkələri ilə (Türkiyə, Yunanıstan, Kipr, Gürcüstan, Azərbaycan, Ermənistan) münasibətlərinin inkişafı üzrə koordinatoru Brijet Brinkinin Ukraynadakı səfir postuna namizədliyini təsdiqləyib.
“Ümid edirəm ki, Ermənistan-Azərbaycan delimitasiya və sərhəd təhlükəsizliyi üzrə komissiyası üzvlərinin iclası yaxın günlərdə və ya həftələrdə baş tutacaq”.