Alsgeymer xəstəliyinin səbəblərindən biri kirli havadır

Alsgeymer xəstəliyinin səbəblərindən biri kirli havadır
03 2017 11:14

Yanacağın istifadəsi zamanı atmosferə daxil olan mikroskopik hissəciklər demensiyanın (ağılın zəifləməsi) yaranma səbəblərindən biridir. Bu qənaətə ABŞ-ın Cənubi Kaliforniya Universitetinin alimləri aparılan tədqiqatların nəticəsində gəliblər.

AZƏRTAC “Zdorovye” saytına istinadla xəbər verir ki, professor Caleb Finçin başçılığı altında tədqiqatçılar qrupu ABŞ-ın 48 ştatından olan 65-79 yaş arası üç mindən artıq qadınlar arasında araşdırma aparıblar. Tədqiqatın əvvəlində iştirakçıların heç birində Alsgeymer xəstəliyi müşahidə edilməyib. Bu qadınlar hər il beyin pozuntularını müəyyən edə bilən tibbi baxışdan keçiblər. Tədqiqatçılar hazırladıqları xüsusi üsulla iştirakçıların yaşadıqları yerlərdən fərqli olaraq gündəlik havadakı zəhərli maddələrlə təmas zamanı onlara dəyən ziyanı hesablayıblar.

Nəticədə məlum olub ki, maksimal kirli hava şəraitində yaşayan insanlarda digərlərinə nisbətən əqli qabiliyyətin pozulması riski 81, Alsgeymer xəstəliyinin yaranması isə 92 faiz təşkil edir.

Qeyd edək ki, alınan nəticələr qadınların həyat tərzi, maddi imkanları, ümumi vəziyyəti nəzərə alınaraq hesablanıb.


13 Dek 2024
Səhiyyə - Sağlamlıq

Qripi özümüzdən uzaq tutaq!

Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.