Almaniyada yalan xəbərlər yayan KİV-lərin cəzalandırılması təklif olunur

Almaniyada yalan xəbərlər yayan KİV-lərin cəzalandırılması təklif olunur
14 Dek 2016 15:07

DW agentliyinin verdiyi məlumata görə, hazırda Almaniyada belə bir təhlükə yaranıb ki, bəzi kütləvi informasiya vasitələri gələn il ölkədə keçiriləcək parlament seçkilərinin nəticələrinə təsir göstərməyə cəhd edə bilərlər. Bundan narahat olan Xristian Demokratlar İttifaqının (XDİ) və Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) daxil olduğu “böyük koalisiya”nı təmsil edən siyasətçilər açıq-aşkar yalan informasiyanın yayılmasına görə cinayət təqibinə başlamağı təklif ediblər.

Bundestaqın daxili işlər komitəsinin sədri, XDİ-dən olan deputat Ansqar Hevelinq “Rheinische Post” qəzetinə bu gün verdiyi müsahibədə deyib: “Hesab edirəm ki, əgər bu kampaniya (informasiya kampaniyası) məqsədyönlü xarakter daşıyırsa, buna görə cəzanı sərtləşdirməyə əsas var”.

XDİ-dən olan digər deputat Patrik Zensburq isə “Funke Mediengruppe” nəşrlərinin jurnalistləri ilə söhbətdə deyib: “Dövlətdə sabitliyi pozmaq niyyəti ilə məqsədyönlü dezinformasiya qanunla təqib edilməlidir”.

Agentlik daha sonra bildirir ki, ASDP-nin Bundestaqdakı fraksiyasının rəhbəri Tomas Opperman da belə hesab edir. Onun fikrincə, “uydurma xəbərlərin, konspiroloji nəzəriyyələrin yayılmasına”, habelə nifrət və düşmənçilik təbliğ etmək yolu ilə ara qızışdırmağa qarşı mübarizənin uğurlu olması üçün hüquqi çərçivələr ardıcıl olaraq məhdudlaşdırılmalı və daha sərt cəzalar tətbiq edilməlidir. Məsələn, bu siyasətçi əmindir ki, facebook şəbəkəsinin sahibləri saxta məlumatları şəbəkədən operativ surətdə kənarlaşdırmalı və belə məlumatları təkzib edən informasiya dərc etməlidirlər.


30 Mar 2023
Dünya

Türkiyənin 6 vilayətində dərslər dayandırıldı

Ötən gündən etibarən başlayan qar yağışı səbəbindən Türkiyənin bəzi vilayətlərində məktəblərdə tətil elan olunub.

30 Mar 2023
Dünya

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

30 Mar 2023
Dünya

Türkiyədə sərnişin avtobusu aşıb: Ölənlər var - FOTO

Türkiyədə Ərzincan-Sivas magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

30 Mar 2023
Dünya

Flippində 200 sərnişini daşıyan gəmi alovlandı

Filippində sərnişin gəmisində baş verən yanğın nəticəsində 12 nəfər ölüb. Ölənlər arasında azı üç uşaq var.