Almaniyada vətəndaşlıq almağın – QAYDALARI

Almaniyada vətəndaşlıq almağın – QAYDALARI
18 2017 09:55

İndi dünyada daha çox tələb olan sahələrdən biri də miqrasiyadır. Əsasən, inkişaf etməkdə olan ölkələrin vətəndaşları inkişaf etmiş ölkələrə gedirlər.

Azərbaycandan da başqa ölkələrə üz tutanlar artır. Vətəndaşlar arasında Almaniyaya marağın çox olduğunu nəzərə alaraq Oxu.Az bu ölkəyə miqrasiya etməyin qaydalarını təqdim edir.

Ekspert Azər Allahverənov Almaniyaya qanuni miqrasiya etməyin bir neçə yolunun olduğunu bildirib:

“Bunlardan biri milli mənsubiyyət amilidir. Belə ki, alman və ya yəhudi milli mənsubiyyəti olan şəxslər asanlıqla Almaniya vətəndaşlığı ala bilərlər”.

Ekspert bildirir ki, 1990-cı illərdə də bu cür milli mənsubiyyəti olan insanlar bu qaydalardan yararlanıblar:

“Bundan başqa irqi, dini, milli, siyasi baxışları və məxsus olduqları sosial qruplara görə də, Almaniyaya köç edə bilərlər. Belə ki, sadalanan sahələrdə ayrıseçkilikləri əsas gətirərək Almaniyaya miqrasiya etmək mümkündür. Amma sevindirici haldır ki, Azərbaycan tolerant ölkə olduğundan ölkəmizdə bu cür hallara görə hər hansı miqrasiya halları baş vermir.

Azərbaycan vətəndaşları, əsasən, ya təhsil, ya da əcnəbi vətəndaşlarla ailə quranda qürbətə üz tuturlar. Xaricdə təhsil almaq istəyən tələbələr üçün əsas şərt seçdikləri universitetə qəbul olmaq üçün uyğun bal toplamaqdır. Bundan sonra tələbənin əcnəbi ölkəyə köçməsi çətin olmur.

Əcnəbi vətəndaşla ailə qurarkən isə xarici vətəndaşa bir müddət müvəqqəti yaşamaq hüququ verilir. Misal üçün Azərbaycan vətəndaşı alman vətəndaşı ilə ailə qurursa və həmin ölkəyə köçürsə, o zaman Almaniyaya gələn əcnəbi vətəndaşa 1 ildən 3 ilə kimi müvəqqəti yaşamaq hüququ verilir. Göstərilən müddət başa çatdıqdan sonra isə əcnəbi vətəndaşın bu ölkədə qalıb qalmayacağına  Almaniya məhkəməsi  qərar verir.

Amma məhkəmənin qərarından öncə ailənin hansı statusa malik olması araşdırılır. Həmçinin, ailənin hansı şərtlərlə yaşadığı və hətta ailənin maddi gəlirləri belə nəzərə alınır.

Bundan başqa Almaniyaya gələn əcnəbi şəxs alman dilindən imtahan verməlidir. Dili öyrənmək istəyənlər üçün isə Almaniyada əcnəbilər üçün pulsuz kurslar təşkil olunur”.

Ekspert A.Allahverənov psixoloqların cütlüklərlə söhbət etdiklərini və vətəndaşlıq almaq xatirinə qurulan ailə münasibətlərini aşkar etmək iqtidarında olduqlarını bildirir:

“Yalnız bütün bu proseslərdən sonra Almaniya vətəndaşlığı verilir”. 


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.