Allahşükür Paşazadə: 20 Yanvar faciəsi Azərbaycanın dövlətçilik tarixində yenilməz iradənin rəmzinə çevrilib

Allahşükür Paşazadə: 20 Yanvar faciəsi Azərbaycanın dövlətçilik tarixində yenilməz iradənin rəmzinə çevrilib
18 2017 13:37

Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda, milli qürur məqamı kimi həkk olunmuş Qanlı yanvar faciəsinin növbəti ildönümü ərəfəsindəyik. 20 Yanvar faciəsi xalqımızın yaddaşında yaşayır və əsla unudulmayacaq. Vətən uğrunda həyatlarını qurban vermiş övladlarımız Allah-təalanın nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmışlardır.

Trend-in məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Azərbaycanın dövlətçilik tarixində 20 Yanvar günü, bütün faciəsi ilə yanaşı, xalqımızın milli müstəqillik, Vətənimizin azadlığı uğrunda yenilməz iradəsinin rəmzinə çevrilib:

"Təpədən dırnağadək silahlanmış sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi. Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altında olduğu bir vaxt bu səsi, ilk olaraq, Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, törədilmişləri hüquqa, demokratiyaya, humanizmə qarşı cinayət kimi səciyyələndirdi. Bakıdan isə Şeyxülislam Allahşükür Paşazadə SSRİ Prezidenti Mixail Qorbaçova ünvanladığı məktubunda törədilənlərə görə dövlət rəhbərini təqsirləndirdi və Azərbaycan xalqı adından ittiham etdi. Siyasi liderimizin, xalqımızın və dini rəhbərimizin birgə mövqeyi milləti ruhlandırdı, haqsızlığa qarşı səfərbər etdi. Əli öz vətəndaşlarının qanına bulaşmış hərbi rejimin bütün hədə-qorxularına, ölüm təhdidlərinə belə baxmayaraq, fövqəladə vəziyyət şəraitində bir milyondan artıq insan şəhərin baş meydanına axışdı, azadlıq ugrunda qurban getmiş şəhidlərini ehtiramla son mənzilə yola saldı".

Bəyanatda həmçinin vurğulanır ki, Qafqaz Müsəlmanları İdarəsi, dini liderlər qanlı hadisələr zamanı xalqın önündə birlikdə oldular:

"Bütün imkanlardan, qüvvələrindən istifadə edərək çalışdılar ki, 20 Yanvar faciəsini dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırsınlar, haqq işimiz dəstək qazansın, törədilənlər insaniyyətə qarşı yönəldilən amansız cinayət kimi qiymətləndirilsin. Təəssüf edirik ki, sovet rəhbərliyi tərəfindən Azərbaycan xalqına və onun böyük oğlu – ulu öndər Heydər Əliyevə qarşı məkr və təxribatların davamı olan 20 Yanvar faciəsi bugünədək tam beynəlxalq hüquqi, siyasi qiymətini almayıb, cinayətkarlar məsuliyyətə cəlb olunmayıb. Dünyada problemlərə qərəzli, ikili standartlar çərçivəsində yanaşılması, təəssüflər olsun ki, Azərbaycan xalqına qarşı Qarabağda təcavüz, kütləvi terror, Xocalı qətliamı törədənlərə münasibətdə də özünü göstərmişdir. Azadlıq və demokratiyadan dəm vuran bəzi ölkələr və beynəlxalq təşkilatlar hələ də susmağa üstünlük verməkdədirlər.

Azadlığın yolu şərəfli, müqəddəsdir və Azərbaycan xalqı öz müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhidlər verdi. Şəhidlər Allahın onlara göndərdiyi imtahandan mərdliklə, fədakarlıqla çıxıb, axirətlərini cənnətdə qazanmışlardır. Odur ki, 20 Yanvar günü kədərə-qüssəyə batmaq günü deyil, şəhidlərimizi anmaq, xalqımıza, xüsusilə gənclərimizə qəhrəmanlıq və vətənpərvərlik ruhu təlqin etmək günü olmalıdır. Qafqaz Müsəlmanları İdarəsi bütün Qafqaz müsəlmanlarının adından 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü və milli müstəqilliyimiz ugrunda canlarını fəda etmiş bütün şəhid ailələrinə dərin hüznlə başsağlığı verir. Multikultural dəyərlərə malik Azərbaycanın müstəqilliyi uğrunda müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız şəhid olmuşlar. Biz şəhidlərimizi unutmuruq və heç zaman unutmayacağıq. Şəhidlərin ruhuna ən böyük töhfə müstəqilliyimizin davamlılığı, Qarabağ zəfəri, Vətənimizin qüdrəti və xalqımızın səadətidir. Biz inanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yaxın gələcəkdə millətimiz öz ülvi arzularına yetişəcək".

Bəyanatda qeyd olunur ki, bu ümummilli hüzn, eyni zamanda, xalqımızın birlik və vəhdətini təcəssüm etdirən qürurlu tarixin ildönümü gününü yüksək səviyyədə qeyd etmək, şəhidlərimizin əziz ruhlarını anmaq bütün vətəndaşlarımızın, o cümlədən, dindarların Allah, Vətən qarşısında müqəddəs borcudur:

"Qafqaz Müsəlmanları İdarəsi bütün məscidlərə tapşırır ki, 20 Yanvar günü bu bəyanatın mətni oxunsun, "Axund və imamlar üçün xütbə nümunələri"ndə Qarabağ, 20 Yanvar həqiqətləri barədə təqdim olunmuş şəkildə dindarlara moizələr edilsin, əziz şəhidlərimizin xatirəsinə anma mərasimləri keçirilsin, ruhları üçün Quran oxunsun, Allah-Təalaya dualar edilsin. Uca Allah Vətən torpağı uğrunda canını fəda etmiş şəhidlərə rəhmət eləsin!"


18 Yan 2025
Cəmiyyət

Bazar gününə olan hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

18 Yan 2025
Cəmiyyət

Qanunsuz saxlanılan silah-sursat aşkar olunub

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

17 Yan 2025
Cəmiyyət

Səhiyyə Nazirliyi Ağalıda əhali üçün səyyar müayinələr keçirib

Səhiyyə Nazirliyi Zəngilan rayonun Ağalı kəndində əhali üçün səyyar müayinələr keçirib.

17 Yan 2025
Cəmiyyət

Hər gün yarım qreypfrut yeməyin möcüzəvi faydaları

Qaraciyər sağlamlığını qorumaq üçün təbii qidaların əhəmiyyəti böyükdür. Qastroenterologiya Mütəxəssisi Prof. Dr. Bülent Yaşar qreypfrut, filtr qəhvə, tünd şokolad və bu kimi qidaların faydalarını açıqlayıb.

17 Yan 2025
Cəmiyyət

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı ötən ilin əvvəlindən 41 232 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il dekabr ayının 1-i vəziyyətinə 10 milyon 222 min 2 nəfərə çatıb.