Alimlər ürək xəstələri üçün ideal pəhriz tərtib ediblər

Alimlər ürək xəstələri üçün ideal pəhriz tərtib ediblər
15 2017 09:37

Amerika alimləri bu qənaətə gəliblər ki, bitki məhsulları ilə zəngin rasion aterosklerotik ürək-damar patologiyaları (ASCVD) riskini azaldır.

AZƏRTAC “Naked Science” portalına istinadla xəbər verir ki, indiyə qədər rasion ilə ürək-damar xəstəlikləri riski arasında əlaqə barədə çoxlu sayda məlumat toplanıb. Lakin hansı məhsulların faydalı olması və onları necə uyğunlaşdırmaq barədə informasiya metodoloji məhdudiyyətlərə görə natamamdır və təzadlıdır. Bundan əlavə, müəlliflər həyat tərzinin və digər yanaşı amillərin (yuxu, siqaretçəkmə, fiziki fəallıq) sağlamlığa təsirini nəzərə almırlar. Xəstəliklərin özü, məsələn, ateroskleroz isə onilliklər ərzində inkişaf edir, nəticədə onların öyrənilməsi zəhmətli və bahalı prosesə çevrilir.

Cənubi Karolina Tibb Universitetinin və 11 digər müəssisənin alimləri bu boşluğu doldurmaq üçün qida rasionunun və ateroskleroz mənşəli ürək-damar xəstəliklərinin korrelyasiyası barədə ən iri tədqiqatların metatəhlilini aparıblar. Müəlliflər cinsi, yaşı və etnik mənsubiyyəti müxtəlif olan 17 min 418 adamın iştirak etdiyi tədqiqatın yekunlarını öyrəniblər. Onlar işin gedişatında müxtəlif məhsulların faydası və ziyanı barədə ən populyar təzadları seçərək, mövcud məlumatlar əsasında dəqiq tövsiyələr tərtib ediblər.

Təhlil göstərib ki, “2015-2020-ci illərdə amerikalılar üçün qida mədəniyyətinin təkmilləşdirilməsinə dair rəsmi təlimat”da tövsiyə edilən 3 pəhrizin hamısı – Amerika, Aralıq dənizi və vegetarian pəhrizləri ASCVD-nin profilaktikasına (2 yaşından etibarən) münasibdir. Bu pəhrizlər rasiona külli miqdarda meyvə-tərəvəz və kəpəkli taxıl məhsullarının daxil edilməsini nəzərdə tutur. Qızardılmış ətin, yumurtanın, yağların və şirin içkilərin istehlakına söykənən “cənub qidalanma modeli” isə əksinə, ürək-damar xəstəlikləri riskini artırır. Alimlər az miqdarda yavan ət və balığın, yağsız südün fiziki fəallığı dəstəkləmək üçün faydalı olduğunu bildiriblər.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.