Alimlər iflic olmuş insanların fikirlərinin şifrini açmağa nail olublar

Alimlər iflic olmuş insanların fikirlərinin şifrini açmağa nail olublar
02 2017 08:45

İsveçrəli alimlər tamamilə iflic vəziyyətinə düşmüş insanlarla ünsiyyət qurmağa imkan verən sistem yaradıblar.

AZƏRTAC aif.ru saytına istinadla xəbər verir ki, neyrofizioloqlar iflic olmuş insanla ünsiyyət zamanı onun beyninin bu və ya digər sahələrinin fəallığını izləmək üçün maqnit-rezonans tomoqrafından və infraqırmızı spektroskopdan istifadə ediblər.

Tamamilə iflic vəziyyətində olan dörd nəfərin iştirak etdiyi eksperiment nəticəsində alimlər müvafiq cihazlardan alınan informasiyanı “hə” və ya “yox” şəklində cavablara interpretasiya edə biliblər.

Eksperiment iştirakçıları öz qohumlarını tanıyıb və sadə suallara cavab verə biliblər. Pasiyentlərdən biri hətta öz qızının ərə getməsini qadağan edib.

Tədqiqat müəlliflərindən biri deyib: “Bu heyrətamiz nəticə mənim özümün yaratdığım bir nəzəriyyəni təkzib edir ki, “qapalı insan sindromu”ndan əziyyət çəkən, tamamilə iflic vəziyyətində olan insanlar prinsip etibarilə xarici aləmlə ünsiyyətə qabil deyil. Bizim təcrübələr göstərdi ki, dörd nəfər könüllünün hər biri onlara verilən şəxsi xarakterli sualları yalnız fikrin gücü hesabına cavablandıra biliblər.


1 May 2020
Səhiyyə - Sağlamlıq

Cəlal İsayev: “Ölkədə epidemioloji vəziyyət vətəndaşlardan asılıdır” - ŞƏRH

Bu günə qədər Azərbaycanda COVID-19-a 1804 təsdiq edilmiş yoluxma hadisəsi qeydə alınıb. Yoluxanlardan 24 nəfəri ölüb, 1325-i sağalıb, 455-i isə xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirir. Aprelin 27-dən etibarən ölkədə yumşaldılmış karantin rejimi qüvvədədir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bir çox vətəndaşlar həm küçədə, həm də ictimai nəqliyyatda maska və əlcəklərə məhəl qoymadan elementar təhlükəsizlik tədbirlərinə əməl etmir.

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda daha 58 nəfər koronavirusdan sağaldı - RƏSMİ

Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü - 38 yeni yoluxma

Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Bəla sovuşmayıb: Azərbaycanda koronavirusun ikinci dalğası ola bilər

Mayın 4-də Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması gözlənilir. Fəqət, bəzi vətəndaşlarımızda ifrat nikbinlik, gərəksiz rahatlıq hissi yaranıb və onlar düşünürlər ki, COVİD-19 koronavirus pandemiyası ilə bağlı təhlükə sovuşub.