Alimlər fast-food-da istifadə olunan ərzaqların deyil, digər komponentin əsas təhlükəsini müəyyən ediblər.
REALPRESS.Az technote.az-a istinadən bildirir ki, onlar müəyyən ediblər ki, insanların həyatları üçün ən böyük təhlükəni həmin ərzaqların saxlandığı qablaşdırmalar göstərir. Beləliklə alimlər fast-food-un insan sağlamlığına əsas təhlükəsini aydınlaşdırıblar. Mütəxəssislər fikir veriblər ki, ərzaqlar restorana çatdırılmamışdan öncə xüsusi qablaşdırılmaya məruz qalırlar. Həmin qablaşdırmaların tərkibində isə ftalatlar mövcuddur. Ftalatlar orqanizmə daxil olan zaman maddələr mübadiləsinə mənfi təsir göstərirlər. Bir neçə müddət bundan öncə KİV-lər, plastik kütlələrin kişilərdə sonsuzluğa yol açdıqları haqqında məlumat vermişdilər. Məlum olub ki, plastik kütlələrin əsas komponentlərindən biri də ftalatlardır. Su, hava və qida ftalatlarla çirklənən zaman spermotozoidlərin hərəkəti pisləşir və kişilərdə sonsuzluğa yol açır.
Yaz - hər bir insanın həyatında xüsusi bir dövrdür - orqanizmin özünü aktiv şəkildə yenilədiyi və bərpa etdiyi dövr.
Daşkəsən rayonunun Quşçu kəndində səyyar müayinə aksiyasına start verilib.
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə (TƏBİB) yeni səlahiyyətlər verilir.
Sidiyə getmə zamanı yaranan problemlər insanda böyük psixoloji diskomfort yaradır. Belə hallar ağir sayılmır, amma yumşaq desək xoşagəlməzdir. Tez-tez və çətin sidiyə getmə, sidik kisəsinin tam boşalmaması hissi, sidiyi saxlaya bilməmək – bu həmişə yaşlılara aid bir hal deyil, həm qadınların həm də kişilərın həyatının müxtəlif dövrlərində yarana bilər. Bu problemdən heç kim sığortalanmayıb. Bu əlamətlər sistit zamanı yaranır.
Biz sağlamlığımızı nədən itiririk? Pis ekoloji durum, bakteriya və virus infeksiyalarının artması, təmiz havada az olmaq, fiziki aktivliyin azalması, passiv həyat tərzi, oturaq iş rejimi, günəş və təbii su vannalarından az qəbul edilməsi, keyfiyyəti qənaətbəxş olmayan ərzaqlardan istifadə, həddən çox yemək, balanslaşdırılmamış və rejimsiz qida qəbulu, xüsusilə gecə saatlarında, zərərli vərdişlər (alkoqol, siqaret və s.), nəzarətsiz antibiotik qəbulu, stress, yorğunluq, psixi və emosional gərginlik və s. immuniteti azaldan səbəblərdir.