Edinburq Universitetinin alimləri insanlar arasında sürətlə çoxalan, münasib şəraitdə bütün dünya miqyasında yayılmağa qadir olan müxtəlif növ 37 virus müəyyən ediblər.
AZƏRTAC “riafan.ru” saytına istinadla xəbər verir ki, bu barədə tədqiqat qrupunun rəhbəri Mark Vulhauz məlumat verib. O bildirib ki, bu virusların doğurduğu xəstəlikləri nəzarətdə saxlamaq bütün dünyada tibb xidmətlərinin əsas vəzifələrindən biri olmalıdır, çünki vəziyyət nəzarətdən çıxarsa, belə xəstəliklər pandemiya xarakteri ala bilər.
Alimlər Ebola qədər sürətlə yayılan Yaxın Şərq respirator sindromu koronovirusunu və həşəratlar vasitəsilə yayılan bir sıra digər virusların doğurduğu xəstəlikləri bəşəriyyət üçün potensial təhlükə adlandırıblar.
Bu virusların səbəb olduğu xəstəliklərin çoxunun daşıyıcısı heyvanlardır, ancaq ekoloji şəraitin dəyişməsi bəşəriyyəti kütləvi pandemiyaya gətirib çıxara bilər.
Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti ilə Azərbaycan–Amerika Musiqi Fondunun birgə təşəbbüsü əsasında 15 yanvar 2021-ci il tarixindən Üzeyir Hacıbəyli adına Beynəlxalq bəstəkarlar müsabiqəsi elan edilib.
Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin “sulfat turşusu istehsalı” layihəsi çərçivəsində tikiləcək zavodun investisiya dəyəri 6 milyon ABŞ dollarıdır.