Tədqiqatlar göstərib ki, qadınların 70-85 faizi uşağı sol tərəfdə tutur. Lakin tədqiqatçılar bunun səbəbini indiyədək bilməyiblər. Sankt-Peterburq Dövlət Universitetinin mütəxəssisləri aşkar ediblər ki, bu, ana ilə uşaq arasında qarşılıqlı əlaqəyə müsbət təsir göstərir. Habelə heyvanların çoxu bu cür edir.
AZƏRTAC “The Daily Mail” qəzetinə istinadla xəbər verir ki, alimlər 10 heyvan növü, o cümlədən morj və kenquru üzərində müşahidə aparıblar. Məlum olub ki, onların hamısı balasının sol tərəfdə olmasına üstünlük verir. Tədqiqatçıların fikrincə, bu cür vəziyyət körpənin davranışı və reaksiyası, məsələn, gülüşü və göz yaşı haqqında informasiyanın beynin emosiyanı idarə edən sağ yarımkürəsinə ötürülməsinə kömək edir. Bunun nəticəsində ana ilə uşaq arasında sıx əlaqə yaranır.
Beynin sağ yarımkürəsi bədənin sol tərəfindəki əzələlərə nəzarət edir və əksinə. Məlum olduğu kimi, yarımkürələr müxtəlif fəaliyyət növlərini idarə edir. Məsələn, sol yarımkürə, bir qayda olaraq, nitq, eşidilən informasiyanın emalı, sağ yarımkürə isə tanıma, məkanda istiqamət götürmə, musiqi duyumu və vizual informasiyanın işlənməsi ilə sıx əlaqədardır. Buna görə də uşağa qulluq edilməsi prosesində sağ yarımkürə daha vacib rol oynayır.
Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.