Massaçusets Texnologiya İnstitutunun saytında yerləşdirilmiş məlumata görə, amerikalı alimlər tərəfindən hazırlanmış avtomatlaşdırılmış zəncir giriş-çıxış interfeysinin funksiyalarını yerinə yetirə bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, indi kompüterlərin proqram hissəsi ilə qarşılıqlı əlaqə üçün ənənəvi giriş-çıxış interfeyslərindən istifadə olunur: klaviatura, “maus”, monitor. Spesifik məsələlərin həlli üçün əlavə qurğular (məsələn, qrafik planşet) tətbiq edilə bilər, ancaq ümumilikdə belə qurğular dəsti çox məhduddur. Massaçusets Texnologiya İnstitutunda “Tangible Media Group” adlı laboratoriya alternativ interfeyslərin hazırlanması ilə məşğul olur.
“ChainFORM” adlandırılmış yeni qurğu servomühərriklərdən ibarət zəncir formasındadır. Servomühərriklərin hər biri mikrokontroller, sistem lövhəsi, işıq diodları və datçiklərdən ibarət kənar birləşdirici karkasla təchiz edilib. Zəncirdən birgə və ya tək-tək istifadə etmək mümkündür, sonuncu vəziyyətdə komponentlər müxtəlif funksiyaları yerinə yetirəcək. İnterfeys, həmçinin hərəkətverici rolunu oynaya, rəngi dəyişdirə və insanın toxunuşlarına reaksiya verə bilər.
Müəlliflər təqdimat zamanı “ChainFORM” qurğusunun müxtəlif imkanlarını nümayiş etdiriblər. Belə ki, zəncirdən rəng seçimi, üçölçülü obyektin formasının dəyişilməsi, valkoder, slayder, coystik və ekran üçün mikrokontroller kimi istifadə edilib. Bundan başqa, interfeys insanın hərəkətlərini qeydə alaraq yenidən canlandırmağa imkan verir.
“WhatsApp” messencerinin kompüter versiyası üçün artıq səsli və video zənglər əlçatandır.
Uzun illər boyu regionların inkişafı və abadlaşdırılması sənayeləşmə və aqrar sektorun inkişafı ilə bağlı idi. Ötən yüzillik inkişaf istiqamətlərinin siyahısına xidmət sahəsini, xüsusilə turizm sektorunu da əlavə etdi. Bu üç istiqamət uzun müddətdir ki, regionların inkişaf etdirilməsində ideal vasitələr kimi qəbul olunurdu. Lakin, son illərdə müasir cəmiyyət rəqəmsal texnologiyaların təsiri altında sürətlə dəyişir və bu tamamilə yeni reallıqlar formalaşdırır.
Milyonlarla istifadəçisi olan “WhatsApp” messenceri vasitəsilə yeni virus yayılır.