Alimlər QADIN MƏNTİQİ haqqında yeni fikirlər irəli sürüblər

Alimlər QADIN MƏNTİQİ haqqında yeni fikirlər irəli sürüblər
05 2017 12:44

“Qadın məntiqi” anlayışı bir sıra ölkə alimləri tərəfindən öyrənilir. Bu istiqamətdə aparılan altı min nəfərin iştirak etdiyi tədqiqatların nəticəsində bəlli olub ki, kişi və qadın məntiqi arasında xüsusi bir ayrıcalıq yoxdur.

AZƏRTAC vistanews.ru saytına istinadla xəbər verir ki, hər iki cinsin nümayəndələrinin iştirak etdiyi tədqiqatlar test tapşırıqları əsasında aparılıb. İştirakçılara özlərini testlərdə göstərilən şəxsin yerinə qoymaları, çətin anda onun yerinə qərar qəbul etmələri tapşırılıb. İmtahanların nəticəsində kişi və qadınlar arasında düşüncə tərzində çox böyük fərq qeydə alınmasa da, vəziyyətin qiymətləndirilməsi baxımından fikir ayrılığı müşahidə edilib.

Alimlər bunu qadın həssaslığı və prioritet müxtəlifliyi ilə izah ediblər. Belə ki, kişi düşüncə tərzinin daha rasional, qadınların isə mənəvi əzab verə biləcək qərarlardan çəkingən olduğu müşahidə edilib.

Növbəti, emosional faktorların olmadığı testlərdə isə hər iki cinsin nümayəndələrinin verdikləri qərarlar arasındakı fərq təxmini on faiz təşkil edib. Bundan əlavə bəlli olub ki, qərarın verildiyi zaman və informasiyanın toplanması kimi amillər əsas rol oynayır. Kişilər qadınlara nisbətən daha tez və müstəqil qərar qəbul edir. Qadınlar isə alınacaq qərarı hərtərəfli düşünməyə və bunun üçün müxtəlif rəylər öyrənməyə üstünlük verirlər.

Tədqiqatçıların fikrincə, qadın məntiqinin kişilərə nisbətən daha bir üstün cəhəti də öz fikir və düşüncələri ilə ətraf mühitlə bölüşməsidir.


10 Apr 2023
Maraqlı

Hibrid Günəş tutulması baş verəcək

Aprelin 20-də ilin ilk Günəş tutulması baş verəcək.

24 Yan 2023
Maraqlı

Reyhan

Reyhan haqqında ümumi məlumat

13 Yan 2023
Maraqlı

Yerə bənzər planet kəşf edildi - FOTO

“James Webb” kosmik teleskopu özünün ilk ekzoplanetini kəşf edib.