Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Nazirlər Kabinetinə tapşırılıb:
- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin;
- Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmış təkliflər əsasında:
- “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə uyğun olaraq, ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydasını bir ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat versin;
- həmin qanunun 26.4-cü maddəsinə uyğun olaraq, ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlərin nəzərə alınması qaydasını bir ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat versin;
- həmin qanunun 26.6-cı maddəsinə uyğun olaraq, ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəхslərin qəbulu qaydasını bir ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat versin;
- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin;
- bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib.
Prezident İlham Əliyev "Əsrin müqaviləsi"nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə təbrik məktubu ünvanlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin inzibati binasında Sabirabad, Saatlı, İmişli və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.