Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev yanvarın 27-də Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmə ilinin açılmasına həsr olunmuş təntənəli tədbirdə və “Məcburi repatriasiyadan imtina beynəlxalq hüququn prinsipi kimi və onun tətbiqində ədalət mühakiməsinin rolu” mövzusunda keçirilən iclasda iştirak edib.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə məruzələr ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
İclasda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Quido Raymondi il ərzində baxılan və baxışda olan işlərin dinamikası, Məhkəmədə aparılan islahatların nəticələri barədə məlumat verib, ötən il baxılan işlərdən ən mühüm olanlarını qeyd edib. Bildirib ki, son iki illə müqayisədə 2016-cı ildə Avropa Məhkəməsinə daxil olan işlərin sayında artım müşahidə edilib.
Beynəlxalq Cinayət Məhkəməsinin sədri Silviya Aleksandra Fernandes da Qurmendi çıxışında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin insan hüquqlarının müdafiəsində xüsusi rolundan və hər iki məhkəmə arasında əməkdaşlıqdan danışıb. O, eyni zamanda, son illər qeyri-dövlət subyektləri tərəfindən kütləvi cinayətlərin törədilməsinin artdığını bildirib.
İclasın sonunda yüksək məhkəmələrin şəbəkəsi barədə məlumat verilib.
Ali Məhkəmənin sədri həmkarları ilə görüşlərdə bir sıra məsələlərə dair fikir mübadiləsi aparıb.
İyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Soçiyə işgüzar səfərə gedib.
Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində Slovakiya Milli Assambleyasının sədri Boris Kollar ilə görüşüb.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qardaş Türkiyə Respublikasının yeni daxili işlər naziri Ali Yerlikayaya vəzifəyə təyin olunması münasibətilə təbrik məktubu göndərib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, məktubda A.Yerlikayaya yeni vəzifəsində uğurlar arzulayan K.Heydərov iki ölkənin fövqəladə hallarla mübarizə üzrə müvafiq qurumları arasında mövcud yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyinə əminlik ifadə edib.