Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Urfan Rzayevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
“Report”un məlumatına görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, U.Rzayevin kassasiya şikayəti təmin olunmayıb, hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, cinayət hadisəsi Göygöl rayonunun Quşqara kəndi ərazisində Quşqara çayının sahilində baş verib. Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Kamil Rüstəmov aldığı bıçaq yarasından dünyasını dəyişib. Onun keçmiş qayını, 1982-ci il təvəllüdlü U.Rzayev isə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün U.Rzayevin həyatı xilas edilib.
K.Rüstəmovun qayını U.Rzayev tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi məlum olub. U.Rzayev daha sonra özünə də xəsarət yetirib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə U.Rzayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan U.Rzayev apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, qətlə yetirilən K.Rüstəmov karate üzrə qara kəmər sahibi olub.
Azərbaycanda son sutkada koronavirusa 154 yeni yoluxma faktı qeydə alınıb, 165 nəfər müalicə olunaraq sağalıb.
“Yayda koronavirusa qarşı immuniteti formalaşan insanların sayı 60 faizə çatacaq”.
Dekabrın 24-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublikamızın ərazisində xüsusi karantin rejiminə əməl etməyən 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.