Aldanmaq istəmirsinizsə, qaz sayğaclarınızdakı bu fakta DİQQƏT EDİN!

Aldanmaq istəmirsinizsə, qaz sayğaclarınızdakı bu fakta DİQQƏT EDİN!
03 2017 09:39

"Əhali abonentləri ücün quraşdırılan "Elster G-4″ markali qaz sayğacının istismar müddəti 5 ildir. 5 il keçdikdən sonra avtomatik olaraq həmin sayğaclar 1 m3 əvəzinə, 2 m3 qaz sərfi qeyd edəcəkdir".
Azadqadin.az turkustan.info-ya istinadən bildirir ki, bunu Mia.az-a Ədalət Əsədov deyib.
Onun sözlərinə görə, qeyd edilən fakt "Azəriqaz" İstehsalat Birliyi ücün xeyir gətirən amillərdən biri olduğundan, qurum bununla bağlı əhalini məlumatlandırmayıb:
"Məlumat üçün deyim ki, mexaniki tipli qaz sayğacları qaz sərfini qeyd edən diafraqmalı qollardan ibarətdir. Uzun müddət işləyəndə həmin qollar kauçuk olduğundan yeyilir və bundan sonra qaz sərfini düzgün qeyd etmir. Ancaq "Azəriqaz" İB-nin rəhbərliyi bunu bildiyi halda, əhalini məlumatlandırmırlar. Bununla da dövlət standartlarını, o cümlədən "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası qanunlarını kobudcasina pozurlar".
Ədalət Əsədov qazdan istifadə edən abonentlərdən xahiş edir ki, istifadə etdikləri qaz sayğacının istehsal tarixinə xüsusi diqqət eləsinlər:
"Qaz sayğacının göstərici mexanizminin içərisində istehsal tarixi (Yazıya əlavə edilən fotoda ox işarəsiylə istehsal tarixi harada qeyd olunursa, göstərilib – Mia.az) yazılıb. Əgər istehsal olunan tarix 5 ili keçibsə, yerli qaz istismarı idarəsinə müraciət edib, həmin saygacın dəyişdirilməsini tələb edin…".

7 Fev 2025
Cəmiyyət

Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar edilib

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

7 Fev 2025
Cəmiyyət

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Elşad Tağıyev dəfn edilib

İmişli rayonunda naməlum əsgərlərin məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşad Qubad oğlu Tağıyevin meyitinin qalıqları Salyan rayonuna gətirilib.

7 Fev 2025
Cəmiyyət

Sabah qar yağacaq, yollar buz bağlayacaq - 08.02.2025

Azərbaycan ərazisində fevralın 8-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

7 Fev 2025
Cəmiyyət

Bu gün daha altı güləşçimiz Xorvatiyada keçirilən beynəlxalq turnirdə mübarizəyə qoşulacaq

Xorvatiyanın Zaqreb şəhərində keçirilən ilin ilk reytinqli turnirində bu gün Azərbaycanın daha altı güləşçisi mübarizəyə start verəcək.

7 Fev 2025
Cəmiyyət

Dünya bazarlarında Azərbaycan nefti bahalaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.