Akademik Zərifə Əliyeva adına Liseydə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərgi–konfrans keçirilib

Akademik Zərifə Əliyeva adına Liseydə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərgi–konfrans keçirilib
08 Dek 2016 17:49

Dekabrın 8-də Akademik Zərifə Əliyeva adına Liseydə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin şəxsi kitabxanasından Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi kitabları” mövzusunda sərgi-konfrans keçirilib.

Tədbir M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası, Bakı Dövlət Universitetinin (BDU) kitabşünaslıq və nəşriyyat işi kafedrası və akademik Zərifə Əliyeva adına Lisey tərəfindən təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.

Sərgi-konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin 1995-ci ildə şəxsi kitabxanasından Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi kitablarla tanış olublar.

Konfransda akademik Zərifə Əliyeva adına Liseyin direktoru Mehriban Vəliyeva Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.

Ümummilli lider Heydər Əliyevin gənclərə, onların təhsilinə daim böyük diqqət və qayğı göstərdiyini söyləyən direktor qeyd edib ki, Ulu Öndər mədəniyyətin inkişafına, kitabxanaların zənginləşdirilməsinə xüsusi əhəmiyyət verirdi.

M.Vəliyeva Heydər Əliyev ideyalarının əbədi yaşayacağını vurğulayıb.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovun “Kitaba və mütaliəyə münasibətdə Heydər Əliyev nümunəsi”, BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslanın “Yeniyetmələrin və gənclərin mənəvi tərbiyəsində Heydər Əliyevin zəngin irsinin əhəmiyyəti”, kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanovun “Ulu öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” mövzusunda məruzələri dinlənilib.

Ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, şəxsiyyətinin böyüklüyündən bəhs edən məruzəçilər bildiriblər ki, Ulu Öndər milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə xüsusi önəm verirdi. Dahi rəhbər Heydər Əliyev kitaba bilik, zəka mənbəyi, kitabxanalara müqəddəs bilik məbədi kimi baxırdı.

Tədbirdə məktəblilərin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib.


5 Dek 2025
Cəmiyyət

Son 5 ildə Qarabağ və Şərqi Zəngəzurda 50-dən artıq inşaat materialları yatağı istifadəyə verilib

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2020-2025-ci illər ərzində aparılmış geoloji-kəşfiyyat işlərinin nəticəsində lokal sahələri əhatə etməklə 50-dən artıq inşaat materialları yataqları aşkarlanıb və istifadəyə verilib.

5 Dek 2025
Cəmiyyət

Azərbaycan-Gürcüstan Media Forumu başa çatdı

Bakıda "İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi" mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu keçirilib.

5 Dek 2025
Cəmiyyət

Sabah hava necə olacaq? - 06.12.2025

Ölkə ərazisində dekabrın 6-na gözlənilən hava proqnozu açıqlanıb.

5 Dek 2025
Cəmiyyət

Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salınıb

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb.

5 Dek 2025
Cəmiyyət

Azərbaycanda polad boru istehsalı 2,1 dəfə artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 180,7 min ton polad boru istehsal edilib.