Akademik Ramiz Mehdiyevin “Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası” kitabının müzakirəsi keçirilir

Akademik Ramiz Mehdiyevin “Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası” kitabının müzakirəsi keçirilir
07 2017 11:47

Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin “Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası” kitabının müzakirəsi keçirilir.

AZƏRTAC xəbər verir ki, akademik Ramiz Mehdiyevin iki cildlik əsərinin bu kitabı XX əsrin sonunda müstəqil Azərbaycan dövləti yaradılması probleminin təhlilinə, müasir dövrdə milli identikliyin formalaşmasına həsr edilib. Bu sanballı tədqiqatda Azərbaycan xalqının milli ideyasının formalaşmasının və reallaşmasının əsas mərhələləri ilk dəfə açıqlanır.

Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov bildirib ki, müəllif kitabda milli ideyanın formalaşması mərhələlərini ətraflı təsvir edir, bu ideyanın təşəkkülündə Azərbaycanın tarixi şəxsiyyətlərinin, mədəniyyət xadimlərinin rolunu təhlil edir, Azərbaycan etnomədəni məkanına xas olan modelləri nəzərdən keçirir. Alim XXI əsrdə Azərbaycan ideyasının inkişafı yollarını da diqqət mərkəzində saxlayır.

Akademik Ramiz Mehdiyev tarixi prosesləri, müasir dünyada mövcud meyilləri və Azərbaycanın imkanlarını nəzərə alaraq əmin olduğunu bildirir ki, ölkəmiz keyfiyyətcə yeni texnoloji cəmiyyətə keçməlidir: “Kreativ və ağıllı insanların, yaradıcı enerjiyə malik intellektualların sayının artması Azərbaycanda inkişaf etmiş müasir cəmiyyət yaradılmasına gətirib çıxaracaq hərəkətverici qüvvə ola bilər. Millətin bu keyfiyyətləri milli ideyanın maddiləşməsinin əsas tərkib hissəsi kimi ölkənin innovasiyalı modernləşməsinin əsasını təşkil etməlidir”.

Vurğulanıb ki, müəllif bu fundamental əsərində gələcək Azərbaycanın qurulmasında gəncliyin rolunu, informasiya cəmiyyətində onun yerini və innovasiyalı inkişafda gənclərin iştirakını təhlil edir.


24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.