Şamaxı rayonu ərazisinə və Ağsu dolaylarına yağan güclü qar nəticəsində yollarda yaranmış problem aradan qaldırılıb.
Bu barədə Trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sdeyib.
A.Nəcəfli bildirib ki, bu gün səhər saatlarında "Azəravtoyol" ASC-nin əməkdaşları xüsusi texnikalarla həmin ərazidəki yolları qardan təmizləyib və avtomobillərin normal hərəkəti təmin olunub: "Həmçinin, respublikanın dağlıq ərazilərinə ötən axşam və gecə yağan qar səbəbi ilə hazırda avtomobil yollarında problem müşahidə olunmur. Yollara cəlb olunmuş qar təmizləyən texnika və canlı qüvvə tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətində təhlükəsizlik və fasiləsizlik təmin olunub. Buna baxmayaraq, sürücülər bu cür hava şəraitinə hazır olmalıdırlar. İdarə edilən avtonəqliyyat vasitələri qış şinləri ilə təchiz olunmalı və texniki cəhətdən saz vəziyyətdə olmalıdır".
Qeyd edək ki, yanvarın 22-də axşam saatlarında yağan qar Ağsu dolaylarında və Şamaxı rayonunun bəzi ərazilərində avtomobillərin hərəkətinə problemlər yaratmıışdı.
Bu ilin ilk dörd ayında Azərbaycan xaricdən 37,165 milyon ABŞ dolları dəyərində 6 min 848 ton kərə yağı alıb.
Bakı-Füzuli istiqamətində yola düşən ilk müntəzəm sərnişin avtobusu mənzil başına çatıb.
Azərbaycan Respublikasında 2022-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən iyunun 25-də SMS vasitəsilə məlumatlandırılıblar.