Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 21 oktyabr tarixli “Ağstafa şəhərində 3 nömrəli tam orta məktəbin binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq həmin məktəb binasında təmir işləri sürətlə aparılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, məktəb binasının hər iki korpusunda birinci və ikinci mərtəbələrdə divarların köhnə suvaqları sökülüb, arakəsmələr götürülüb. Hər iki korpusda layihəyə uyğun olaraq yeni suvaq və tikinti işləri aparılıb. Belə ki, yeni plastik pəncərələr qoyulub, elektrik xətləri, dam örtüyü yenilənib. Sinif otaqlarının və dəhlizlərin köhnə döşəmələri sökülərək yeniləri ilə əvəz olunub.
İyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Soçiyə işgüzar səfərə gedib.
Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində Slovakiya Milli Assambleyasının sədri Boris Kollar ilə görüşüb.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qardaş Türkiyə Respublikasının yeni daxili işlər naziri Ali Yerlikayaya vəzifəyə təyin olunması münasibətilə təbrik məktubu göndərib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, məktubda A.Yerlikayaya yeni vəzifəsində uğurlar arzulayan K.Heydərov iki ölkənin fövqəladə hallarla mübarizə üzrə müvafiq qurumları arasında mövcud yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyinə əminlik ifadə edib.