Ağdamda qazılan yeni subartezian quyuları 735 hektar əkin sahəsinin suvarılmasını təmin edəcək

Ağdamda qazılan yeni subartezian quyuları 735 hektar əkin sahəsinin suvarılmasını təmin edəcək
05 2017 13:53

Ərazisinin 77,4 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində Ağdam rayonunun təbii su mənbələri işğal altında qalıb. Rayonun 10 min hektar əkin sahəsi mənbəyini Sərsəng su anbarından götürən kanallar vasitəsilə suvarılırdı. Su anbarının işğal altında olması da əkinlərin suvarma suyu ilə təminatında çətinliklər yaradıb. Buna baxmayaraq, rayonun işğal altında olmayan ərazilərindəki əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür, hər il yeni subartezian quyuları istifadəyə verilir.

Ağdam mexaniki suvarma idarəsinin rəisi Hafiz Əzimzadə AZƏRTAC-a bildirib ki, rayonun 35,3 min hektar əkin sahəsi 816 ədəd subartezian quyusu, 4 nasos stansiyası, 11 kəhriz, 365 kilometr suvarma kanalı, 46,6 kilometr kollektor-drenaj şəbəkəsi vasitəsilə suvarılır. Rayon əhalisinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə son 5 ildə 105 yeni subartezian quyusu qazılaraq istifadəyə verilib.

2016-cı ildə rayon ərazisində 21 ədəd, o cümlədən Prezident İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, 18 ədəd yeni subartezian quyusu qazılıb. Yeni subartezian quyularının istifadəyə verilməsi ilə rayonun 735 hektar əkin sahəsi suvarma suyu ilə təmin ediləcək.

Dövlətimizin başçısının “Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2016-cı il 7 dekabr tarixli Sərəncamına əsasən, cari ildə rayonun 15 yaşayış məntəqəsində 30 subartezian quyusu qazılacaq.


3 İyun 2023
Cəmiyyət

FHN Gəncə Beynəlxalq Hava Limanında taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı, Dövlət Yanğın Nəzarəti Xidməti və Gəncə Regional Mərkəzinin iştirakı ilə Gəncə Beynəlxalq Hava Limanında “İnsanların kütləvi istifadə etdiyi mühüm əhəmiyyətli obyektlərdə mümkün yanğın hadisəsinin söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.

3 İyun 2023
Cəmiyyət

Ordubadda Zəvvar arxı qardan və lildən təmizlənib

Ordubad rayon Su təsərrüfatı və Meliorasiya İdarəsi Zəvvar arxının 800 metrdən çox hissəsini qardan və lildən təmizləyib.