Adına torpaq olan işsiz sayılmır

Adına torpaq olan işsiz sayılmır
04 2017 10:29

Azərbaycanda hökumətin statistikası ilə reallıq arasında fərq nədən qaynaqlanır?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Əməyin gələcəyi” təşəbbüsü üzrə milli dialoq çərçivəsində keçirilən tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Haynts Kölerlə görüşüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən mətbuata verilən məlumta görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə əməkhaqlarında artım dinamikasının cari ildə də davam etdiyini, təkcə bu ilin yanvar ayında muzdla çalışanların orta aylıq nominal əmək haqqının əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artdığını diqqətə çatdırıb. Nazir əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirləri qeyd edib.
Nazir son 10 ilin iqtisadi göstəricilərini yada salıb. Son 10 ildə ümumi daxili məhsulun (ÜDM) 3 dəfədən çox artdığını bildirib. Onun sözlərinə görə, həmin müddətdə 1 milyon 600 mindən artıq yeni iş yeri yaradılıb. Əhalinin gəlirləri 5,2, minimum əməkhaqqı 3,5, orta aylıq nominal əməkhaqqı isə 3,8 dəfə artıb. İşsizliyin səviyyəsi isə 5 faiz səviyyəsində saxlanıb.
Rəsmi işsizlik isə 33 minə yaxındır
2017 - ci il yanvarın 1-i vəziyyətinə görə, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsizlik statusu verilmiş şəxslərin sayı 32972 nəfər olub. Bu barədə, Azərbaycan Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatda bildirilib.
Hesabatda qeyd olunub ki, onların 38,1 faizini qadınlar təşkil edir. İşsizliyə görə müavinətlərin orta məbləği 249,1 manat olub.
“Dünyada qəbul olunmuş işsizlik hesablama qaydaları ilə Azərbaycanda qəbul olunmuş qaydalar arasında ciddi fərq var”
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, rəsmi rəqəmlərlə reallıq arasında ciddi fərq var. Onun sözlərinə görə, dünyada qəbul olunmuş işsizlik hesablama qaydaları ilə Azərbaycanda qəbul olunmuş qaydalar arasında ciddi fərq var: “Azərbaycanın bu statistikası sanki elə qurulub ki, rəsmi siyasətə, rəsmi ritorikaya cavab versin. Ona görə də işsizlərin sayı hesablanarkən ancaq rəsmi şəkildə məşğulluq idarələrinə baş vuran və rəsmi şəkildə işsiz statusu alan şəxsləri işsiz kimi qeydiyyata alırlar. O sayı da əsas gətirərək cəmiyyətdə işsizlik səviyyəsini hesablayırlar. İkinci ən böyük problem ondan ibarətdir ki, bütün dünyada kənd təsərrüfatında çalışanların sayı ümumi işsizlərin sayından ayrı götürülür. Hətta Türkiyədə belə bir anlayış da var ki, tez-tez təkrarlanır. Sadəcə olaraq, bizim insanlar türk kanallarını, mətbuatını çox izləyirlər. Orada ”tarım" işsizlik anlayışı var. “Tarım”ı, yəni kənd təsərrüfatını qəbul etmirlər. Azərbaycanda isə əksinə, kimin torpaq sahəsi varsa, rəsmi rəqəmlərə görə ölkədə 700 mindən çox insanın adına torpaq sahəsi var. Onları işləyən kimi qəbul edirlər və onları işsiz kateqoriyasına aid etmirlər. Amma bilirik ki, bir çox hallarda o torpaq sahələrində çalışanların bir çoxu işsizdir və bu torpaq sahələrinin çoxu boş qalıb”. 
“Bu torpaq sahələri icarəyə verilir və böyük sahələr yaradılır və fermer təsərrüfatlarında daimi olaraq adı olan şəxsin orada çalışmasına imkan verilmir. Yəni Azərbaycanda belə göstəricilər də var. Beynəlxalq praktikada qəbul olunmuş qaydalara uyğun olaraq Azərbaycanda da işsizlik səviyyəsi hesablansa, təbii ki, rəsmi rəqəmlərdən dəfələrlə çox bir rəqəm alına bilər. Maraqlı fakt ondan ibarətdir ki, bütün dünyada əsas göstərici muzdla çalışan, yəni əmək müqaviləsi olan, sosial sığorta kartı olan insanların sayı işləyənlərin siyahısına daxildir. Azərbaycanda da bunların sayı 1,5 milyondur. Bunun təqribən 850 minə yaxını dövlət sektorunda, 550-600 minə yaxını isə qeyri dövlət sektorunda, yəni kommersiyada çalışır. Yəni ölkədə əmək qabiliyyəti olan insanların sayı təqribən 5 milyondan bir az çoxdur. Əslində dolayısı ilə etiraf olunmasa da, Azərbaycanda kifayət qədər yüksək səviyyəli işsizlik olduğunu rəqəmlər sübut edir. Hətta Bakının özündə də, regionlarda da insanlarla danışarkən ən böyük problemin işsizlik olduğu etiraf olunur. Hər hansısa bir ölkədə cəmi 5 faiz işsizlik olsaydı, bu, problem olmaqdan çıxardı. İnsanları narahat edəcək bir məsələyə çevrilməzdi. Deməli, rəsmi rəqəmlərlə reallıq arasında ciddi bir balans mövcuddur" - deyə ekspert açıqlamasında bildirib. 
Iqtisadçı ekspert Azər Mehtiyev isə deyir ki, 2013-cü ildən bəri açılan iş yerləri ilə bağlı verilən statistikalar daim müzakirə mövzusuna çevrilir. Onun sözlərinə görə açılan iş yerləri barədə məlumat verilsə də, bağlanan iş yerləri haqda məlumat verilmir. Ekspert bildirir ki, bəzən bir iş yerinin başqa yerə köçürülməsini də yeni iş yerinin açılması kimi qələmə verirlər.
Azər Mehtiyevin sözlərinə görə, dövlət qurumları hesabatlarını daha çox açılan iş yerlərinin üzərində qururlar. Onun sözlərinə görə böyük neft bumu dövründə açılan iş yerləri kimi tikintilər dayansa da bunlar statistikada göstərilmir.
Bəs izləyicilərimiz göstərilən rəqəmlər haqqında nə düşünürlər?
Vidadi İbrahimov deyir ki, vəziyyəti başa sala bilər: “100 adamın işini 30 adama gördürürlər. Amma sənəddə 100 adam işləyib guya. Müdir və ya hansısa qan içən 70 nəfərin maaşını atır cibinə”.
Müşfiq Ağayev sual edir ki, o iş yerləri hardadır?: “Biz tapmırıq. 3 aydır gəzmədiyim yer qalmayıb. Mən iş tapa bilmirəm. Bunlar yalan sözlərdir. Öz-özlərinə danışmağa nə var ki…”
Adil Əfəs deyir ki, belə çıxır ki, bu gedişlə iki üç aya başqa ölkələrdən işçi gətirib işlədəcəyik. Absurddur. Heç olmasa çox ağ yalan danışmasınlar”.
Məhəmmədəli Alcanov isə bildirib ki, Azərbaycan əhalisinin işləmək qabiliyyəti olanların 95%i işsizdir: “Yalandan nağıl danışıb gözdən pərdə asmayın”.
Samir Əhmədov deyir ki,adicə bu şadlıq saraylarını nəzərə alsaq və hər toyxanada 100 adamın işlədiyini düşünsək, həmişə toy olmadığını bilirik. Şadlıq saraylarının sayını nəzərə alsaq və Azərbaycan gənclərinin bir çoxunun şadlıq saraylarında işlədiyini bilsək, demək ən azı 200 min insan işsizdir”.
Ülviyyət Süleymanova da statistikanın çox gülməli olduğunu düşünür: “Hesab dərslərindən iki alanların hesablamasıdır. O dəqiqə bilinir ki, məktəb və insitutu necə bitiriblər”.


18 Yan 2025
Cəmiyyət

Bazar gününə olan hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

18 Yan 2025
Cəmiyyət

Qanunsuz saxlanılan silah-sursat aşkar olunub

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

17 Yan 2025
Cəmiyyət

Səhiyyə Nazirliyi Ağalıda əhali üçün səyyar müayinələr keçirib

Səhiyyə Nazirliyi Zəngilan rayonun Ağalı kəndində əhali üçün səyyar müayinələr keçirib.

17 Yan 2025
Cəmiyyət

Hər gün yarım qreypfrut yeməyin möcüzəvi faydaları

Qaraciyər sağlamlığını qorumaq üçün təbii qidaların əhəmiyyəti böyükdür. Qastroenterologiya Mütəxəssisi Prof. Dr. Bülent Yaşar qreypfrut, filtr qəhvə, tünd şokolad və bu kimi qidaların faydalarını açıqlayıb.

17 Yan 2025
Cəmiyyət

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı ötən ilin əvvəlindən 41 232 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il dekabr ayının 1-i vəziyyətinə 10 milyon 222 min 2 nəfərə çatıb.