Bu yaxınlarda səhhətinin qəfildən pisləşməsi ilə əlaqədar İsrailə müalicəyə gedən Azərbaycanın Baş nazirin müavini Abid Şərifov artıq Bakıya qayıdıb.
REALPRESS.Az xəbər verir ki, A.Şərifov ölkə.az-a açıqlamasında hazırda səhhətinin normal olduğunu bildirib:
“Hazırda səhhətim normaldır, işimin başındayam. Səhhətimlə maraqlanan hər kəsə minnətdaram”.
A.Şərifov mətbuatda onun haqqında yazılan məlumatları da şərh edib:
“Mən Bakıya çoxdan gəlmişəm. Müalicəyə gedəndə haqqımda yazılar yazıldı. Allah hamısına kömək olsun, salamat etsin! Bəyəm kim xəstələnmir? Hamı xəstələnə də, əməliyyat oluna da bilər. Allah köməyi olmuşlar da ağızlarına gələni yazırdılar”.
Bu gün paytaxtda velosiped infrastrukturu demək olar ki, yoxdur. Lakin qarşıda velosiped zolaqlarının çəkilməsi nəzərdə tutulur.
Bakı metrosunun son 7 ilində yeraltı yolların inkişafı, yeni sahələrin tikintisi davam edib.
“Böyük hünərlərlə zəngin olan illərin sırasında bütün dünyanın həyat ahəngini pozan pandemiya metropolitenimizin normal fəaliyyəti qarşısında ciddi əngəllər yaradıb”.