Abdulla Aripov Özbəkistanın yeni Baş naziri seçilib

Abdulla Aripov Özbəkistanın yeni Baş naziri seçilib
14 Dek 2016 15:45

Özbəkistan parlamentinin aşağı və yuxarı palataları - Ali Məclis və Senatın bu gün keçirilən birgə iclasında yeni Prezident Şavkat Mirziyoyev çıxış edərək bildirib ki, Özbəkistan Liberal Demokrat Partiyası (ÖLDP) siyasi şurasının iki gün əvvəl keçirilən iclasında Abdulla Aripovun ölkənin Baş naziri vəzifəsinə namizədliyi irəli sürülüb. Dövlət başçısı hazırda Baş nazirin müavini vəzifəsində işləyən Abdulla Aripovun namizədliyini dəstəklədiyini deyib.

Özbəkistan qanunlarına görə parlament seçkilərində ən çox deputat mandatı əldə edən partiya Baş nazirin namizədliyini irəli sürür. Hakim ÖLDP-nin isə parlament Ali Məclisində 52 mandatı var.

Səsvermə nəticəsində Abdulla Aripov Özbəkistanın Baş naziri seçilib, bununla bağlı Ali Məclis müvafiq Qanun qəbul edib.

İclasda Ali Məclisin və Senatın 209 deputatı Abdulla Aripovun lehinə səs verib.

Yeni Baş nazir iclasda proqram xarakterli çıxış edib, görüləcək işlər haqqında məlumat verib.

Ali Məclisin və Senatın üzvləri çıxışlarında yeni Baş nazirə fəaliyyətində uğurlar arzulayıblar.


8 Dek 2023
Dünya

Ararat Mirzoyan Brüsselə gedəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 11-də Belçikanın paytaxtı Brüsselə gedəcək.

8 Dek 2023
Dünya

Azərbaycan Ordusunun 473 hərbçisinə mənzil verilib

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində daimi mənzillərin verilməsi ilə bağlı püşkatma mərasimi keçirilib.

8 Dek 2023
Dünya

İranda güclü partlayış olub, ölənlər var - FOTO/VİDEO

İranın Əlborz əyalətinin Fərdis şəhərində güclü partlayış baş verib.

8 Dek 2023
Dünya

HƏMAS Təl-Əvivə bir neçə raket atdığını bildirib

HƏMAS hərəkatının hərbi qanadı olan “Fələstinli İzzəddin əl-Qəssam Briqadaları” qrupu Təl-Əvivə bir neçə raket atdığını bildirib.

8 Dek 2023
Dünya

Moskvadan Tbilisiyə uçan təyyarə aeroporta eniş edə bilməyib

Moskvadan Tbilisiyə uçan “Azimuth” aviaşirkətinə məxsus təyyarə əlverişsiz hava şəraiti səbəbindən paytaxtın beynəlxalq hava limanına enə bilməyib.