AZALJET “Vnukovo” hava limanından Gəncəyə və Qəbələyə reyslər yerinə yetirməyə başlayıb

AZALJET “Vnukovo” hava limanından Gəncəyə və Qəbələyə reyslər yerinə yetirməyə başlayıb
15 2017 16:51

“Azərbaycan Hava Yolları” QSC-nin aşağıbüdcəli brendi olan AZALJET martın 15-dən Moskvanın “Vnukovo” Hava Limanından Gəncə və Qəbələyə müntəzəm reyslərin yerinə yetirilməsinə başlayıb.

Bu münasibətlə “Vnukovo” hava limanında keçirilən mətbuat konfransında AZAL aviaşirkətinin vitse-prezidenti Eldar Hacıyev martın 15-də “Vnukovo” aeroportundan Gəncəyə, martın 16-da isə Qəbələyə ilk reyslərin həyata keçiriləcəyini bildirib. Onun sözlərinə görə, Azərbaycan regionlarına yeni aviareyslərin açılması iki ölkə arasında iqtisadi əlaqələrin sürətlə inkişafından xəbər verir.

Britaniyanın “Skytrax” şirkətinin apardığı sorğunun nəticələrinə əsasən Heydər Əliyev Beynəlxalq Aeroportunun xidmətin səviyyəsinə görə Rusiya və MDV hava limanları arasında ən yaxşı aeroport adına layiq görüldüyünü xatırladan E.Hacıyev “World Airport Awards” mükafatının Amsterdamda təqdim olunduğunu qeyd edib. O həmçinin vurğulayıb ki, 2018-ci ildə Azərbaycan mülki aviasiyasının 80 illik yubileyi, habelə Azərbaycan və Rusiya mülki aviasiyaları arasında əməkdaşlıq sazişinin imzalanmasının 25 illik yubileyi qeyd olunacaq. “Yeni reyslərin açılması yubiley ilinə hazırlıq çərçivəsində şirkətimizin əməkdaşlıq əlaqələrinin genişlənməsinə verdiyi töhfələrdən biridir”, - deyə E.Hacıyev söyləyib.

AZAL-ın rəsmisi şirkətin sərnişin dövriyyəsinin ilbəil artığını diqqətə çatdıraraq bildirib ki, 2015-ci illə müqayisədə 2016-cı ildə bu rəqəm 12 faiz artıb. Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportundan 3 milyon 250 min sərnişin istifadə edib. E.Hacıyevin Azərbaycan hava məkanında sərnişin dövriyyəsinin artmasını həm də əcnəbi turistlərin ölkəmizin turizm obyektlərinə marağının artması ilə əlaqələndirib. AZAL-ın vitse-prezidenti 2017-ci ilin payızından yeni “Buta” aşağı büdcəli aviaşirkətinin fəaliyyətə başlayacağını bildirib. Onun sözlərinə görə, AZALJET-in “Buta” şirkəti ilə əvəz olunması aşağıbüdcəli biletlərin qiymətinə təsir göstərməyəcək. Rusiya uçuşların coğrafiyasının ildən ilə genişləndirdiyini xatırladan E.Hacıyev 2018-ci ildən AZAL-ın Moskvadan Naxçıvana və Lənkərana uçuşlara başlayacağı barədə də məlumat verib. Eyni zamanda, AZAL rəsmisi 2017-2018-ci illərdə Moskvanın yeni “Jukovski” hava limanından Azərbaycana uçuşların planlaşdırılmadığını diqqətə çatdırıb.

“Vnukovo” beynəlxalq aeroportunun baş direktoru Vasili Aleksandrov rəhbərlik etdiyi hava limanının 2015-ci ildən AZAL şirkəti ilə əməkdaşlıq etdiyini bildirərək vurğulayıb ki, Rusiya və Azərbaycan aviasiya şirkətləri arasında böyük əməkdaşlıq potensialı mövcuddur. V.Aleksandrov Azərbaycanda turizmin inkişafı rusiyalıların bu ölkəyə marağının artmasına səbəb olub. “Yeni reyslər rusiyalıların Azərbaycanın turizm obyektlərində istirahətinin daha rahat olmasına xidmət edəcək”, - deyə bildirib.

“Vnukovo” aeroportu baş direktorunun müavini Anton Kuznetsov, Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Fazil Qurbanov, Azərbaycanın Moskvadakı səfirliyinin müşaviri Şövqi Mehdizadə yeni reyslərin ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin daha da inkişafına təkan verəcəyini, turist axının qarşılıqlı surətdə artmasına kömək edəcəyini bildiriblər.

Mətbuat konfransından sonra “Vnukovo” aeroportundan Gəncəyə ilk reysin təntənəli açılış mərasimi keçirilib. İlk reysə qeydiyyatdan keçmiş sərnişin Xəyal Şükürova AZAL şirkəti adından xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, Moskva-Gəncə reysləri hər həftənin çərşənbə və şənbə günləri, Moskva-Qəbələ reysləri isə hər həftənin cümə axşamı günləri “Airbus A320” təyyarələri ilə yerinə yetiriləcək.

“Vnukovo” beynəlxalq aeroportundan uçuş yerli vaxtla saat 15:10–da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) və Gəncə Beynəlxalq Hava Limanına (KVD) eniş saat 20:30-da baş tutacaq. Qəbələ və Gəncədən uçuş isə saat 20:30-da, “Vnukovo” Beynəlxalq Hava Limanına eniş yerli vaxtla saat 22:20-də həyata keçiriləcək.

Aviabiletlərin qiymətləri 49 avrodan başlayacaq (bir istiqamətdə). Baqajın daşınma qiyməti hər kiloqram üçün 2 avro təşkil edəcək.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərdə əldə etmək mümkündür.

Sözügedən reyslərdə sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilib. www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər onlayn qeydiyyatdan keçə bilər. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün (+99412) 598-88-80; *8880, telefon nömrələri ilə və callcenter@azal.az elektron ünvanı ilə əlaqə saxlamaq olar.

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya azalmiles@azal.az email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.